“SHXÇDX-nin Neftçala rayon şöbəsinin rəisi Tofiq Mehdiyev Neftçalada Bazar açıb”
Azel.tv xəbər verir ki, Xaricdə siyası mühacir həyatı yaşayan Müstəqil Reportyorlar Komitəsinin təsisçisi Avtandil Məmmədov bir hüquq müdafiəçisi kimi ölkəmizdə baş verən prosesləri diqqətlə nəzərdən keçirdərək, feysbuk səhifəsində tənqidi məqalələr yazır. Tanınmış hüquq müdafiəçisinin bu dəfə ki, məqaləsi günün aktual mövzusu olan Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baş verən rüşvətxorluq və korrupsiya faktları ilə bağlıdır. Həmin statusu sizə təqdim edirik:
“SHXÇDX-nin Neftçala rayon şöbəsinin rəisi Tofiq Mehdiyev Neftçalada Bazar açıb.
Adi bazardan fərqli olaraq burada xiyar və pomidor yox, hərbi biletlər satılır.“Otpravka”nın qiyməti 500 manat, “neqodnu” kağızı isə 5000 manatdır.
Son 30 ildə bir çox hərbi komissarlar, daha dəqiq desək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXCHDX) yerli rayon şöbələri yüzlərlə, bəlkə də minlərlə gənci hərbi xidmətə yararsız hala salıb, ondan milyonlar qazanıblar. Bəli, bu məsələdə həkim komissiyaları və “voyenkom”lar birgə “iş” qurublar. Bu gün ciddi və obyektiv həkim komissiyası təşkil edilsə, o minlərlə “yararsız” gəncin orduya yararlı olduğu üzə çıxacaq.Niyə bunu etmirlər..?
foto- solda Tofiq Mehdiyev
Bəli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin rəisi Tofiq Mehdiyevin 4-5 min manata gəncləri “neqodnu” etməsi heç kimə sirr deyil.Hərbi komissar Tofiq Mehdiyev aldığı pullar hesabına Bakıda böyük mülklər əldə edib.Tofiq Mehdiyev bütün gününü Neftçalada və Bakının ən bahalı restoranlarında gününü keçirir. Bu adamdan soruşan yoxdur ki, sən dövlət məmurusan, bu restoranlarda nə işin var..?Bəli, Tofiq Mehdiyev rayonda məmur övladlarına “neqodnu” sənəd verir, əvəzində kasıb, imkansız ailələrin uşaqlarını orduya göndərir.
Və haram yolla əldə etdiyi pulları Bakıda şənliklərdə xərcləyir.Tofiq Mehdiyevin əmlakının milyonlarla qiymətləndirildiyi deyilir.Səfərbərlik xidmətinin sabiq rəisi Arzu Rəhimovun vəzifəsindən azad edilməsindən sonra gözü yolda olan Tofiq Mehdiyevin xidməti otağının qapısı hər dəfə açılanda özünü itirdiyi deyilir.Azru Rəhimovdan sonra arzuları gözlərində qalan bu rəis DTX nin əməkdaşlarını gözləməkdən xəstəliyə tutulduğu deyilir.”
Hefteaz.com