Mingəçevirdə mələk paltarlı şeytan söz adamlarına qarşı ova çıxıb.

Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi 75 yaşlı Əli Ağamirov bloger Elçin Həsənzadəni niyə həbs etmək istəyir? Heç kimə sirr deyil ki, korrupsionerlərə qarşı mübarizə aparan hər bir jurnalist və bloger həbs təhlükəsi ilə üzləşir.Çirkli məmurların çirkli üzlərini göstərəndə onlar əsl çaqqal üzlərini ortaya qoyurlar.Bəzən ölkədə jurnalisti həbs etdirmək üçün 200-300 AZN kifayət edir.Məmurlar bəzi əməkdaşlarına zəng edərək bildirirlər ki, gedib onun haqqında tənqidi fikirlər səsləndirən jurnalistdən şikayət etsinlər.Bu vəzifəni şərəf hesab edən bəzi əməkdaşlara hər rayonda rast gəlmək olar. Təbii ki, namusdan kasıblar bu ləyaqətsizliyə görə icra başçısından,hər hansı müdirdən 100-200, yaxud işini gücləndirmək vədini alırlar.Bir sözlə, rüşvətxor məmurlar öz çirkin əməllərini ört-basdır etmək üçün bütün vicdansızlığa gedirlər.Onlar üçün şərəf və ləyaqət manat və dollar kimi dəyərləndirilir.Mingəçevirdə yaşayan bloger Elçin Həsənzadəni həbs etdirmək istəyən Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov yaşlı olsa da, çirkin əməllərə gənc adam kimi yeriyir.Ağamirov maddi cəhətdən yaxşı olsa da, bir çox məsələlərdə kasıbdır.Məsələn, işində səriştəsiz olsa da,torba tikməkdə çox ağıllı olduğu deyilir. Hər halda, bu qoca haqqında çox danışmağa belə ehtiyac yoxdur, onun blogeri həbs etdirmək istəməsinin səbəbini qeyd edim.Təbii ki, buna səbəb blogerin Mingəçevirdə dövlət büdcəsinin dağıdılması ilə bağlı onu və Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu tənqid etməsidir.Mingəçevirin icra başçısı yəqin ki, bu 75 yaşlı zirək qocadan öz çirkin əməlləri üçün istifadə edir. Yoxlasanız, bu qocanın rəhbərlik etdiyi idarədə Əzrailin belə adını taparsınız.Yəqin ki, Əzrailində adını yazıb,o işləmədən maaş alır.Təbii ki, bunun müqabilində Əzrail onun işinə, həyatına dəyməz. #Müəllif: Jurnalist Bəhruz Əliyev

15
ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin