Bədəni konsertdə,ruhu 26-larda olan başçı.

Konsertdən sonra başçının özünün konsert verdiyi deyilir.Deyilənə görə, konsert proqramına toplaşacaq adamlar cənab Bürçəliyə həvalə olunub.Nəticədə cənab Bürcəli istənilən qədər adam korsertə gətirə bilməyib.Ona görə də başçı Bürcəli müəllimi danlayıb.Bürcəli müəllim də Vasif adlı birini danlayıb ki, sənə görə mənə itin sözünü dedilər.Konsertdə "Əsrin gözəli" mahnısı ilə tanınan Əlikram Bayramov, prokurorluğun rəhbəri və az sayda insan iştirak edib. İndi deyəcəksiniz ki, icra başçısı ordadır, niyə demirsən.Bu səbəbdən yazmadım ki, şəkildə göründüyü kimi icra başçısı ayaq üstə yatıb. Onun üçün yazmaqla onu oyatmaq istəmədim.Məndə belə bir fikir var ki, çox şeyi yarımçıq qoyub başcını yarıtmaz biri kimi göstərən Bürcəli müəllimdir.Hər halda işinin öhdəsindən gələ bilmirsə, 26-lar tərəfdən yol açıqdır. Sonda onu deyim ki, artıq bu icra başçısına yazığım gəlir.Şəkildə başçının gözlərinin bağlı olduğu görünür.Bu şəkli 100 fotodan seçib Neftçala rayon icra hakimiyyətinin rəsmi saytında yerləşdirməkdə məqsəd nədir?Bunu qəsdən yerləşdirirsiniz ki, kimsə götürüb başçını tənqid etsin? #Jurnalist: Bəhruz Əliyev

59
ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin