Qaranlıq yerdən bir səs gəldi: intihar edəcəm.

Təcili: 16 saylı cəzaçəkmə müəssisəsindən intihar xəbəri: Məhkum intihar edəcəyini bildirir.Ceyhun Həsənovun xidmətində məhbuslar ən ağır formada söyüş və tənqirlərə məruz qalırlar.Bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bloger Zeynalov Anar Ədalət oğlu cəza çəkdiyi müəssisədən mənə zəng edərək vəziyyətinin çox pis olduğunu bildirdi.O, müəssisənin əməkdaşları tərəfindən mənəvi-psixoloji təzyiqlərə, ən ağır söyüş və təhqirlərə məruz qaldığını bildirdi.A.Zeynalov bir müddətdir ki, müəssisənin işçiləri tərəfindən mənəvi terror, işgəncə və repressiyalara məruz qaldığını bildirib.O qeyd edib ki, vəziyyət dözülməz həddə çatıb. Bu işgəncələr, söyüşlər, təhqirlər dayanmasa, onun bir çıxış yolu var, o da intihardır.Bununla bağlı Anar Zeynalov Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovdan ona qarşı işgəncə və təhqirlərə son qoyulmasını xahiş edir və tələb edir. O, əks halda intihar edəcəyini deyir.

253
ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin