Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 412

Milli Şura mitinq qərarı aldı

Aksiya üçün paytaxt rəhbərliyinə müraciət olunub

Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da mitinq keçirilmək haqda qərar qəbul edib.

Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli Meydan TV-yə danışıb.

Cəmil Həsənli Bakı Şəhər İcra Hakimiyyətinə göndərdikləri xəbərdarlıq müraciətlərində aksiyanın “Məhsul” stadionu və “Ulduz” metrosunun qarşısındakı meydanı göstərdiklərini deyib.

Cəmil Həsənli bildirib ki, aksiyanın əsas tələbi bloger Mehman Hüseynov da daxil olmaqla bütün siyasi məhbusların azad edilməsi, o cümlədən, ölkənin, xalqın büdcəsindən oğurlanan pulların geri qaytarılması, iqtisadi talan siyasətinə son qoyulması olacaq.

Bundan əvvəl isə Müsavat Partiyası siyasi məhbus hesab edilən şəxslərin azad olunması məqsədilə aksiya keçirməyi planlaşdırmışdı.

Bakı şəhər İcra hakimiyyəti yanvarın 12-nə təyin olunan mitinqə icazə verməyib.

Bu yazını paylaş

Anar Məmmədov: Obyektivlikdən kənara çıxmadığıma görə həbslə üz-üzəyəm

Next Story »

Gömrük postunun rəisi və müavini həbs edilib

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.