Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 862

Əli Nağıyevin vətənə təhlükəli xidməti

Korrupsiya və çirkli pulların yuyulmasında adı hallanan şəxsi DTX rəisi təyin etmək hüquqi nihilizmdir.

KMIPrezident İlham Əliyevin sərəncamı ilə  hüquq-mühafizə və təhlükəsizlik orqanlarına etdiyi yeni təyinatlar cəmiyyətdə ciddi müzakirə predmetinə çevrilib. Əslində, söhbət yeni kadrların vəzifələrə təyin edilməsindən getmir. Ona görə də İlham Əliyevin bu qərarı daha çox yerdəyişmə kimi dəyərləndirilir. Həmin məmurlar adları  korrupsiyada, rüşvətxorluqda, çirkli pulların yuyulmasında və insan hüquqularının pozulmasında çəkilir. Bu səbədən də sözügedən fərmanın müsbət nəticə verəcəyi şübhə doğurur. Qeyd edilən sərəncamda adı çəkilən şəxslərdən biri də Dövlət Təhlükəsiliyi Xidmətinə yeni rəis təyin olunan Əli Nağıyevdir. Azərbaycan prezidenti onu Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edərək DTX-nin rəisi təyin edib. Əli Nağıyev DTX orqanlarına yad fiqur sayılmır. Çünki o, əvvəllər ləğv edilmiş Milli Təhlükəsilik Nazirlyinin birinci müavini işləyib və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də həmin orqandan gedib. Lakin ölkə başçısının Əli Nağıyevlə bağlı sərəncamında təəccüb doğuran məqam ölkənin milli təhlükəsizliyinin iri korrupsiya cinayətlərində adı hallanan bir məmura həvalə edilməsidir. Əli Nağıyevin adı beynəlxalq təşkilatların Azərbaycanda korrupsiyanın vəziyyəti və çirkli pulların yuyulmasına dair hesabatlarına düşüb.
PRHəm keçmiş Milli Təhükəsizlik Nazirliyində, həm də prokurorluq orqanlarında işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən istifadə edən Əli Nağıyev iri biznes imperiyası qurub. Azərbaycanda və xarici ölkələrdə biznes imperiyası quran Əli Nağıyevin özünün “pulyuyan maşın” rolunda çıxış etməsi ilə bağlı çoxsaylı faktlar var. Əli Nağıyevin özünün, oğullarının və qardaşı oğlunun adları maliyyə fırıldaqçılığında çəkilir. Nağıyevlər ailəsinin biznesləri Çexiya və Türkiyədəki multi milyon dollarlıq aktivləri ilə bərabər Bakıdan tutmuş Britaniyanın Vircin adalarınadək uzanır. Yeni DTX rəisinin oğulları – İlqar və  İlham Nağıyevlər Praqada yerləşən “AME Holding”-in sahibidir. Bu holdinq, Azərbaycanın məşhur təyinat yeri olan Çexiya Respublikasında daşınmaz əmlak sahəsinə böyük yatırımlar edib. Adıçəkilən şirkət BVA-da qeydiyyata alınmış və yalnız İlham Nağıyevin sahiblik etdiyi “Nettle Stone Investment Ltd.”-yə aiddir.
OCCRPMütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) aşkara çıxartdığı məlumatlara görə, “AME Holding”-in adı Azərbaycanda çirkli pulların yuyulmasında hallanır. Sızılan bank məlumatlarına görə, 2013-cü ilin iyul və avqust aylarında holdinqin Çexiya bank hesabında çirkli pulyuyan sistemində olan əsas şirkətlərdən biri “Metastar Invest LLP”-dən 1.25 milyard dollar alıb. Həyata keçirilən tranzaksiyanın məqsədi “tikinti avadanlıqları” kimi qeyd edilib. Buna baxmayaraq, çex daşınmaz əmlak holdinqinin Britaniya şirkətinə tikinti avadanlığını satması da aydın deyil. Bundan başqa, Əli Nağıyev, iki oğlu və Dövlət Miqrasiya Xidmətinin rəis müavini işləyən qardaşı Vəli Nağıyevin oğlu Nağı Nağıyev Çexiya bank hesablarında “pulyuyan maşın” hesabına şəxsən 350 min dollar qazanıblar. Bu tranzaksiyaların bir çoxunda əməliyyatın adı qeyd edilməyib. Onlardan yalnız ikisində “kompyüter” qeyd edilib.
EMƏli Nağıyevin hələ təhlükəsizlik orqanlarında işlədiyi əvvəlki illərdə sabiq milli təhlükısizlik naziri Eldar Mahmudovla aralarında münaqişə yaranıb. Bu ziddiyyətin əsas səbəbi isə qanunsuz biznes rəqabətindən qaynaqlanıb. Hətta Eldar Mahmudov Əli Nağıyevi həbs etdirməyə çalışsa da buna nail ola bilməyib. Hələ 2017-ci ildə OCCRP Azərbaycanda 2,9 milyard dollar həcmində korrupsiya əməliyyatının növbəti detalı barədə araşdırma paylaşıb. Araşdırmada söhbətin həmin vaxt Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin biznes imperiyasından getdiyi qeyd edlir.
MLÇexiyada İlham və İlqar Nağıyevlər daşınmaz əmlak və tikinti imperiyasına nəzarət edir. Bu imperiya kurort ərazilərdə otellərin tikintisi və daşınmaz əmlak layihələri ilə məşğuldur. Nağıyev qardaşları və onların biznes ortaqları Praqaya və kurort şəhəri olan Marinask Lazneyə böyük vəsait yatırıblar. Marinask Lazne özünün unikal və yaxşı qorunmuş tarixi arxitekturasına görə YUNESKO-nun ümumdünya irsi siyahısına düşə bilər və Nağıyevlər buradakı Palace Evropa otelinin Vichy Celestines brendi altında yenidən qurulmasına 50 milyon avro  xərcləyib. Nağıyevlər bu iddialı layihələri üçün “AME Holding” vasitəsilə bütöv bir məhəlləni alıb. Onların Fransa şirkətilə əməkdaşlıq çərçivəsində inşa etdikləri “Vichy Célestins Spa Hotel” adlı beşulduzlu otel təxminən 10 binadan ibarət olmalıdır. Nağıyev qardaşlarının Praqa və Marinask Lazne şəhərlərində otel və binalara qoyulmuş 46 milyon dollar məbləğində başqa investisiyası da var.
IN2Nağıyevlər ailəsi həmçinin “Panorama VVM” şirkəti ilə əlaqəlidir. Bu şirkət Azərbaycan vətəndaşı Pərviz Məmmədova məxsusdur. Pərviz Məmmədov “Nağıyev İmperiyasının” Azərbaycan və Çexiyadakı şirkətlərinin meneceridir. O, rəsmən “AME Holding”in maliyyə işləri üzrə vitse-prezidentidir. “Panorama” şirkəti də Mariansk Lazne kurort şəhərində otel və başqa gəlirli binaları almaqla məşğuldur. Şirkətin dəyəri təxminən 2 milyon dollar civarında qiymətləndirilir. Həm “AME Holding”, həm də “Nettle Stone Investment” şirkətlərinin hüquqi ünvanı Bakıdakı eynidir. Həmin ünvanda Əli Nağıyev seçici kimi qeydiyyatdadır. İlham və İlqar Nağıyev qardaşları həm də “Yankovçov18” şirkətinin idarə heyətinin üzvləridir. Kompaniyanı bir qrup italiyalı investor yaradıb və onun dəyəri 2.4 milyon dollardır. İlqar Nağıyev eyni zamanda “FQA Czech” şirkətinin direktorudur. Şirkət ofşor müəssisələr üzərindən daşınmaz əmlak satmalqa məşğuldur. Çexiyada 2013-cü ildə yaradılan bu şirkətin kapitalı 500 000 dollardan artıqdır. İlqar Nağıyev həm də Bakıda 2008-ci ildə qeydiyyatdan keçmiş “Romb LLC” adlı şirkətin direktorudur. Sənədlərdə şirkət Orxan Nağıyev adlı bir nəfərin adına təsis edilib. Orxan Nağıyev həm də şirkətin direktoru kimi qeydə alınıb. Lakin məlumdur ki, Orxan Nağıyev azı 4 başqa şirkətin də direktoru və sahibidir. Bunlar 4-ü də eyni ünvanda qeydiyyatda olan “ER & ER Group-A LLC”; “Etalon NM” (“Romb LLC” ilə eyni gündə təsis olunub); Bakı Alüminium Sənayə MMC və “Life Style” sağlamlıq mərkəzidir.
DTMÖncəki yazımda da qeyd etdiyim ki, bu ilin martın 26-da Bakı şəhəri Suraxanı rayonunda yanmış “Diqlas” ticarət mərkəzinin əsl sahibinin də Əli Nağıyev olduğu üzə çıxmışdı. Obyektin sahibinin əvvəlcə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Məmmədov olduğu bildirilsə də sonradan ticarət mərkəzinin Əli Nağıyevə satıldığına dair sənədlər üzə çıxdı. Ancaq Əli  Nağıyevin qanunsuz biznes fəaliyyəti bununla yekunlaşmır. Bakı şəhəri Qara Qarayev prospektində “Lotos” Ticarət Mərkəzi də Korrupsiya ilə Mübarizə İdarəsinin rəis müaviniə məxsusdur. Əli Nağıyev Bakı şəhərində “Life center” Ticarət mərkəzləri və “Life” marketlər şəbəkəsinin  sahibi kimi tanınır. Nərimanov rayonunda və Əhməd Cavad küçəsi 19 ünvanda yerləşən “Life Center” ticarət mərkəzləri, həmçinin Nərimanov rayonu ərazisində “Life” marketlər şəbəkəsi Əli Nağıyevin biznes imperiyasında xüsusi yer tutur. Lakin monopolist məmurlardan sayılan Əli Nağıyevin fəaliyyəti bununla yekunlaşmır. Metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında yerləşən “Yağmur” mebel mərkəzi də məhz Əli Nağıyevə məxsusdur. Əli Nağıyev “Connect TV”efir-kabel televiziya kanallarının yayım şirkəti, eyni zamanda, “Connect” internet provayderi də Əli Nağıyevin qara biznesinə daxildir. Bakı şəhəri Nərimanov rayonunda, metonun “Bakmil” stansiyasının qarşısında üç anbar da onun gəlir mənbəyinə daxildir. Əli Nağıyev həmin anbarları müxtəlif şirkətlərə icarəyə verməklə hər ay külli miqdarda gəlir əldə edir.
LCƏli Nağıyevin adı inşaat biznesində də çəkilir. Bəzi məlumatlara görə, o, tikinti işlərini qardaşı Vəli Nağıyevin vasitəsilə həyata keçirir. Nizami metrostansiyasının qarşısında, Salatın Əsgərova küçəsində yerləşən 18 mərtəbəli binanın Əli Nağıyev tərəfindən inşa etdirildiyi bildirilir. Binanın birinci mərtəbəsində yerləşən “Nizami mall” ticarət mərkəzi də Əli Nağıyevə məxsusdur. Bundan başqa, “Life center” ticarət mərkəzinin üstündəki 17 mərtəbəli bina və Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində hündür mərtəbəli binalar Əli Nağıyevin tikinti biznesinə aiddir.
EH3Əli Nağıyevin adı qanunsuz biznesdən daha ağır cinayət işində çəkilir. Sabiq rəis müavini Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində kargüzar-məsləhətçi işləmiş Emin Hüseynovun öldürülməsi ilə bağlı faktın ört-basdır edilməsində maraqlı tərəf kimi çıxış edir, cinayətin üstünün açılması üçün heç bir təşəbbüs göstərmir. Halbuki, tibbi ekspertiza Emin Hüseynovun 2017-ci ilin avqust ayında Türkiyənin Antalya şəhərində zəhərlənərək qətlə yetirildiyinə dair rəy verib. Antalya şəhər Prokurorluğu da Türkiyə Respublikası Cinayət Məcəlləsinin 81.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açmaqla Emin Hüseynova sui-qəsd edildiyini təsdiqləyib. Buna baxmayaraq, həmin dövrdə KQMBİ-də rəis müavini işləyən Əli Nağıyev səlahiyytləri çatdığı halda zəhərlənmə nəticəsində baş vermiş ölüm hadisəsinin üstünün açılmasına kömək etməyib. Hətta mərhumun atası Bəybala Hüseynov ölüm işi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciətində Emin Hüseynovu sağlığında KQBMİ-də vəzifəyə düəzltmək üçün Əli Nağıyevin ondan 200 min ABŞ dolları rüşvət aldığını bildirib.
DTXİndi isə prezident İlham Əliyev qeyd edilən korrupsiya, rüşvət, çirkli pulların yuyulması kimi cinayətlərdə adı hallanan Əli Nağıyevi Dövlət Təhlükəsilik Xidmətinin rəisi təyin edib. Bu həm siyasi, həm də hüquqi nihilizmdir. Qeyd edilən çoxsaylı cinayətlərə baxmayaraq, İlham Əliyev 2018-ci ildə Əli Nağıyevi “Vətənə xidmətə görə” medalı ilə təltif edib. Əli Nağıyevin vətənə “xidməti” isə vəzifədə olduğu illər ərzində pul qazanmaqdan ibarət olub. Ölkənin milli təhlükəsizliyini belə bir şəxsə həvalə etmək əslində, dövləti təhlükəyə atmaqdır. Çünki müavin ilədiyi dövrlərdə belə çoxsaylı qanunsuzluqlara yol vermiş bir məmurun DTX rəisi olduğu müddətdə daha qatı cinayətlərə əl atmayacağına heç bir təminat yoxdur.
Elçin MƏMMƏD
Hüquq müdafiəçisi,
“Yüksəliş naminə” qəzetinin baş redaktoru

Bu yazını paylaş

Dillər Universitetinin rektoru Kamal Abdullanı dekan məhkəməyə verib-VİDEO/FOTO

Next Story »

Baş Prokurorluq rüşvət faktını niyə gizlədir?

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.