Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 7021

Baş Prokurorluq əməkdaşının müəmmalı ölümü Rüstəm Usubovu hərəkətə gətirdi – FOTO/VİDEO

Bir neçə gün bundan öncə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev-18, mənzil-11 ünvanda yaşayan iş adamı Hüseynov Bəybala Qaraş oğlugilin ailə üzvlərinin olmazın faciə ilə üz-üzə qalmaları haqda məlumatlar, tanınmış hüquq müdafiəçisi Oqtay Gülayılev tərəfindən geniş ictimaiyyətin diqqətinə çatdırılmışdı.

Yəni, yayılan açıqlamada bildirilirdi ki, şikayətçi sahibkar Bəybala Hüseynov üz-üzə qaldıqları faciə ilə bağlı qeyd edir ki, “1988-ci il təvəllüdlü olan oğlum Emin Hüseynovu 200 000 dollar pulun müqabilində, ilk əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğu Yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə işə düzəltdirsəm də, (ilkin olaraq kargüzar, məsləhətçi, 1(bir) il sonra isə rütbə verilərək müstəntiq vəzifəsinə təyin olunacağına söz verilmiş) o, 18 avqust 2017-ci il tarixdə növbəti məzuniyyəti dövründə Türkiyə Respublikasının Antalya şəhərində istirahət edərkən zəhərləndirilərək öldürüldü.

Baş Prokurorluq əməkdaşının müəmmalı ölümü Rüstəm Usubovu hərəkətə gətirdi - FOTO/VİDEO

Mənə elə gəlir ki, oğlum adı çəkilən quruma işə düzəldikdən bir qədər sonra, onun zəhərləndirilərək öldürülməsi əvvəlcədən planlaşdırılır. Baş verən faciə ilə bağlı 2017-ci ilin dekabr ayında faciənin üstünün açılmasına köməklik göstərilməsi məqsədilə Baş Prokuror Zakir Qaralova müraciət etsəm də, ötən müddət ərzində mənə heç bir rəsmi cavab verilmədi. Yalnız bir neçə aydan sonra Baş Prokurorluğun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fərizə xanım zəng edib “Oğlunuz Türkiyədə öldüyü üçün, Türkiyə Respublikasının Baş Prokurorluğuna müraciət göndərilib” dedi. Düzdür, Fərizə xanım zəng edib belə bir açıqlamanı bildirsə də, təəssüflər olsun ki, bu günə qədər də qardaş dövlətin baş prokurorluğuna heç bir müraciət göndərməyiblər. Çünki, baş verən ölüm faktı ilə bağlı lazımi məlumatlar, təsdiq olunmuş bir çox rəsmi sənədlər məndə olsa da, onlardan heç biri “göndərilmiş müraciətə” daxil etmirlər. Bu da Fərizə xanımın telefon zəngi zamanı söylədiyi açıqlamanın əsasız olmasını sübut edir. Baş Prokurorluğun oğlumun ölümü ilə bağlı məsələyə biganə yanaşması, məndə hədsiz dərəcədə şübhələrin baş qaldırmasına səbəb olub. Hadisə Türkiyədə baş versə də, məndə belə bir qənaət formalaşıb ki, oğlum Emin Hüseynovun zəhərləndirilərək öldürülməsi ilə bağlı sifariş Azərbaycan tərəfindən, bir qədər də dəqiq desəm Korrupsiyaya qarşı Mübarızə Baş İdarəsinin rəhbərliyində duran şəxslər tərəfindən verilib. Çünki lazımi dəlillər, bir çox sübutlar və s. məhz bunu belə söyləməyə əsas verir. Çünki, mən 2014-cü ildən əvvəl də tanıdığım Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəis müavini Əli Nağıyevlə görüşüdüm və ona oğlum Emin Hüseynovu Baş Prokurorluqda münasib işə düzəltmək üçün müraciət etdim. Görüşüb söhbət etdiyimiz zaman ona oğlumun üzürlü səbəbdən hərbi xidmətdə olmadığını da bildirdim. Ümumi söhbət əsnasında Əli Nağıyev mənə “yuxarılarla məsləhətləşib sənə bir cavab verərəm” dedi. Bir-iki aydan sonra isə o, məni yanına cağırdı və “mən məsləhətləşdim, 200 000 (iki yüz min) dollar pul istəyirlər” dedikdə, mən çox narahat oldum.

Baş Prokurorluq əməkdaşının müəmmalı ölümü Rüstəm Usubovu hərəkətə gətirdi - FOTO/VİDEO

Çünki, həmin məbləği düzəldib verəcəyimə gümanım gəlmirdi. O halda o, mənə “danışmışam, geriyə yol yoxdur, pul çatmalıdır” dedi. Həmin an ona istənilən məbləği birdəfəyə verə bilməyəcəyimi bildirdim və ondan xahiş etdim ki, heç olmasa həmin məbləği iki dəfəyə çatdırım. Düzdür, Əli Nağıyev mənimlə razılaşdı və yaxın yoldaşlardan, tanıyıb-bildiyim şəxslərdən borca pul alıb 200 000 (iki yüz min) dolları iki dəfəyə çatdırdım. Elə ki, pulu verib qurtardım, o halda o, mənə “oğlun əvvəlcə texniki işçi kimi işə götürüləcək, 1(bir) ildən sonra isə rütbə verilərək müstəntiq vəzifəsinə keçiriləcək” vədini verdi. Həqiqətən də, bir neçə aydan sonra oğlum Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində kargüzar-məsləhətçi vəzifəsinə işə götürüldü. Bir ildən sonra Əli Nağıyevlə bir daha görüşdüm və ona danışdığımız müddətin yaxınlaşdığını bildirdim. O halda o, mənə “heç də tələsmə, hər şey həll olunacaq” cavabını verdi.
Onu da bildirim ki, oğlum Emin Hüseynovla birlikdə çalışan sıravi işçilərə rütbə verilsə də, ötən müddət ərzində ona rütbə verilmədi. Baxmayaraq ki, oğlumun işlədiyi müddətin 2-ci ili sona çatırdı. Belə olan halda bir daha Əli Nağıyevlə görüşdüm və oğluma rütbə veriməsi məsələsini təkrar ondan soruşdum. O, belə bir sualıma qeyri adi və narahatedici formada cavab verdi və mənə “oğluna saglamlıq haqqında arayış lazımdır” dedi. Belə olan halda Əli Nağıyevə bildirdim ki, axı oğlum işə götürülən zaman bir kimsə sağlamlıq ayarışı tələb etmədi və mən Emin Hüseynovun müəyyən səbəblər üzündən hərbi xidmətdə olmadığını sizə bildirmişdim. Əli Nağıyevin belə bir tələbindən olduqca narahat oldum və artıq aldandığımı da başa düşdüm. Həmin vaxt dərk etdim ki, oğluma heç zaman rütbə verilməyəcək və o hal da ola bilər ki, onu müəyyən bəhanə ilə ləkələyib çalışdığı işdən də uzaqlaşdırsınlar. Əli Nağıyev söhbətimiz zamanı olduqca narahat olduğumu hiss etdi, amma çox rahat şəkildə “sən Badamdartda olan bəzi torpaqları al bizə ver, sonra biz bu məsələyə baxarıq” dedi. Oğlumun xətrinə onun belə bir şərtinə də razı olduğumu bildirdim və narahat halda ərazidən uzaqlaşdım. Həmin gün içimdə ciddi sıxıntı var idi və hiss edirdim ki, nəsə baş verəcək. Səhəri gün ona zəng edib şəxsiyyət vəsiqələrini istədim. Əli Nağıyev telefon zəngimə “hə, oldu indi göndərərəm” deyə cavab versə də, son anda heç bir şəxsiyyət vəsiqəsi göndərmədi. Həmin gündən daha çox narahatçılıq hissi keçirməyə başladım.

Baş Prokurorluq əməkdaşının müəmmalı ölümü Rüstəm Usubovu hərəkətə gətirdi - FOTO/VİDEO

Günlərin birində oğlumun heç bir nəqliyyat vasitəsində qeydə alınmayan 10-TK-473 və 10-TX-473 nömrəli qara rəngli BMW markalı nəqliyyat vasitələri ilə izlənməsini eşitdim. Oğlum bu haqda iş yerində rəhbərliyi məlumatlandırsa da, təəssüflər olsun ki, rəhbərlik tərəfindən bu yöndə heç bir addım atılmır. Oğlumdan bu haqda soruşdum ki, bu nə məsələdir? O halda o, “mən də heç cür başa düşə bilmirəm” cavabını verdi. Hətta Emin mənə “bir neçə gün bundan öncə bizi bir prokurorun oğlunu (o da müstəntiq vəzifəsində işləyir) gətirməyə göndərdilər”-dedi. Soruşdum ki, rüşvət məsələsi idi? “Yox, müxalifətlə bağlı bir iş idi” deyə cavab verdi. O halda oğluma bildirdim ki, müxalifətlə bağlı məsələyə korrupsiya idarəsi qarışmır və bunun üçün müvafıq qürumlar var. Belə bir söz-söhbətləri də eşitdikcə, mən daha çox narahatlıq hissi keçirməyə başladım. Artıq oğlumun işdən uzaqlaşdırılacağını hiss edirdim, amma o halın varlığını heç cür hiss etmirdim ki, oğlumu daha ağır günlər gözləyir. Yəni, onun zəhərləndirilib öldürülməsini sifariş verə bilərlər.
Emin istirahətdə olarkən 16 avqust 2017-ci il tarixdə iş yoldaşları ona zəng edib bildirirlər ki, “Əli Nağıyev səni soruşur”. Dərhal oğlum Əli Nağıyevə zəng edir və “Əli müəllim mən Türkiyədəyəm, vacib lazımamsa tez gələ bilərəm” deyir. O, isə cavabında “yox, işində ol” cavabını verir. Bir qədər vaxt keçdikdən sonra iş yoldaşları təkrar Eminə zənğ edirlər və Əli Nağıyevin onun iş otağının açarının harada olmasını soruşduğunu bildirirlər. Oğlum isə açarın birinci mərtəbədə növbətçi hissədə olduğunu bildirir. Bir saatdan sonra təkrar iş yoldaşları ona zəng edirlər və “Emin sənin iş otağını boşaltdılar, bütün şəxsi əşyalarını dəhlizə çıxartdılar” deyə ona belə bir xəbəri çatdırırlar. Belə bir xəbəri eşidən kimi oğlum zəng edib bildirdi ki, “ata, sən Əli müəllimə zəng et, mənə qarşı niyə belə bir addım atıldığını ondan soruş” dedi. Həmin anlarda Əli Nağıyevə bir neçə dəfə zəng etsəm də, o, telefon zənglərimə cavab vermədi.

Baş Prokurorluq əməkdaşının müəmmalı ölümü Rüstəm Usubovu hərəkətə gətirdi - FOTO/VİDEO

Oğluma zəng edib bildirdim ki, istirahətini başa vur, işə qayıdanda ərizəni yazıb işdən çıxarsan. 18 avqust 2017-ci il tarixdə oğlum Emin Hüseynov dünyasını dəyişməzdən 15 dəqiqə öncə o, anası ilə telefonda danışır və “Ana mənim düşmənim Əli Nağıyev və onun “sağ əl”i olan Fuad Rəsulovdur” deyir. Anası telefon danışığı zamanı ona bildirir ki, “telefonda ad çəkmə, atan gələr, sənə zəng edər, o halda ona bildirərsən” deyir. Təqribən 15 dəqiqədən sonra evə gəldim və belə bir sözləri eşidib oğluma dərhal zəng etdim. Nə qədər zəng etsəm də, o, heç bir halda telefona cavab vermədi. Sən demə həmin anlarda o, dünyasını dəyişibmiş.

Baş Prokurorluq əməkdaşının müəmmalı ölümü Rüstəm Usubovu hərəkətə gətirdi - FOTO/VİDEO

Baş verən faciə ilə bağlı Türkiyəyə gedib Azərbaycana qayıtdıqdan sonra öz-özlüyümdə fikirləşdim ki, ola bilər ki, kimsə telefon vasitəsi ilə bəzi məlumatları gəlnimə çatdırıb. Bu məqsədlə telefonu gəlinim Elfiradan istədikdə məlum oldu ki, o, telefonunda oğlumla bağlı məlumatları çoxdan silib. Mən Fuad Rəsulovun və Əli Nağıyevin dəfn mərasimlərində iştirak etmədiklərinə görə narazılığımı bildirdikdə, dəfn mərasiminin 25-ci günü o, axşam saat 9-10 radələrində zəng edib mənə başsağlığı verdi və “bizim də hüzürmüz oldu, gələ bilmədim” cavabını verdi. Mən ona siz oğlumun iş otağını boşaltdırıb şəxsi əşyalarını dəhlizə tökdürmüsünüz sualını verdikdə, o halda o, “mənim xəbərim olmayıb, sən bizim qardaşımızsınız, niyə mənə xəbər verməmisən” dedi. Cavabında bildirdim ki, oğlum istirahətdə olarkən onun iş otağının açarını siz istəmisiniz, və mən sizə dəfələrlə zəng etsəm də, telefon zənglərimin heç birinə cavab vermədiniz. Əli Nağıyevin verdiyi dolaşıq cavablar məni daha da şübhələndirdi və o, mənə “gələrsən işdə söhbət edərik” dedi. Mən onun yanına getdim, o halda o, “get üzünü qırxdır və anasına təsəlli ver, ölüm qaş ilə ğöz arasındadır” deyə mənə təsəlli verdi. Oğlumun dəfn mərasiminin 40-cı günü Əli Nağıyev bizə gəldi, mən onu qarşıladım və biz birlikdə oturduq. Səhər saatlarından yas mərasiminə gələn işçiləri də getməmişdi. Əli Nağıyevin Emin adlı başqa bir işçisi də bizimlə üzbəüz oturmuşdu. O, tez-tez mənə “sən bilirsən ki, rəhbərlik oğlunun xətrini nə qədər çox istəyirdi” sözünü işlədib tez-tez təkrar edirdi. Mən həmin şəxsin belə bir sözünün yersiz olduğunu və bu sözün əvvəlcədən düşünülmüş planın tərkib hissəsi olduğunu başa düşürdüm. Yəni, həmin şəxs nə danışdığmı özü də bilmirdi və elə bil ki, o, bu sözü məcbur olub deyirdi. Mən elə düşünürdüm ki, Əli Nağıyev ən azından dərdlərimə şərik olacaq, bəzi şeyləri məndən soruşacaq, hətta “bizdən niyə köməklik istəmədin, həkimlər onu on gün müddətində niyə müalicə edə bilmədilər, heyf gənc idi, yeni evlənmişdi, heç övlad sahibi də olmamışdı ” deyə sual da verəcək.

Amma, o, məndən tək bir söz soruşdu ki, “sənin evin burada hansıdır?” Mən belə bir yersiz sualdan çox narahat oldum və cavab vermək istəmədim. Son anda o, məndən cavab ala bildi və evimin yerini ona xatırlatdım. Yəni, ona onu da bildirdim ki, xatırlaya bilrsinizsə vaxtilə Badamdar qəsəbəsində Milli Təhlükəsizlik Nazirliyinə xəstəxana tikilərkən, bəzi tikililərimi siz sökdürdünüz, deyə xatırlatma etdim. Sonra o, mənə “dur qonaqlarını yola sal, gedənlər var” dedi və az sonra isə o, heç zaman görmədiyim saqqallı bir nəfər şəxslə çıxıb getdi. Səhəri gün prokurorluğa müraciət etmək üçün Türkiyəyə yola düşdüm. Onu da bildirim ki, Milli Təhlükəsizlik Xidməti idarəsinin əməkdaşı (hal-hazırda təqaüddədir) olan bir şəxsin həyat yoldaşı Arzu xanım bizə gələrək və həyat yoldaşıma- “sizə başsağlığı verməyə gəlmişəm, utanıram 40 gün ərzində vaxt edə bilmədim, bu gün gəlmişəm” deməklə, həyat yoldaşımı sorgu-sual etməyə başlayır. Oğlunuzun ölümündə kimdən şübhələnirsiniz, kim ola bilər? -deyə ona suallar verir. Belə bir sorğu-sual zamanı həyat yoldaşım narahat olur. O, bunu hiss edib “deyəsən siz narahat oldunuz” deyir və az sonra çıxıb gedir.
Onu da qeyd edim ki, dəfn mərasiminin 40-cı günü idi. Axşam saatlarında narahat olduğum üçün dəniz kənarına çıxmışdım və Cavanşir Əsədov, Məhəmməd Musayev də mənimlə birlikdə idi. Ümumi söhbət əsnasında onlara sabah Türkiyəyə şikayət ərizəsi vermək üçün gedəcəyimi bildirdim O halda Məhəmməd Musayev məni bu yoldan çəkindirməyə çalışdı və mənə “burax bu işin başını, özün fıkirləş, sənin də başına oyun açarlar” dedi. Mən həmin an ona bildirdim ki, mənim toyuğum yox, tək olan bir oğlumu öldürüblər, ona görə də fıkrimdə israrlıyam cavabını verdim.
Bütün bunlardan sonra onu da bildirim ki, indiyə kimi ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Zakir Qaralova və digər yüksək çinli vəzifə sahibərinə ünvanladığım çoxsaylı müraciətlərimə bir kimsə rəsmi cavab verməyib. Elə ki, yaşanan müəmmalı ölüm faktı ilə bağlı məlumatlar bir çox media qurumlarında və hüquq müdafiəçiləri tərəfindən dərc olundu, faciənin mahiyyəti ictimailəşdi, o halda hakimiyyətin müəyyən kürsülərində olan vəzifə sahibləri tərəfindən müəyyən addımlar da atıldı.
Belə ki, məni bu məsələ ilə bağlı Baş Prokurorluğa çağırdılar və 3 aprel 2019-cu il tarixdə saat 11:00-da Baş Prokurorun 1-ci müavini cənab Rüstəm Usubovun qəbulunda oldum. Qəbul zamanı adı çəkilən qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Erkan Əlixanov da iştirak etdi. Ümumi müzakirələr zamanı bildirdim ki, 2017-ci ilin dekabr ayında Zakir Qaralova etdiyim müraciətdən sonra, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fərizə xanım mənə zəng etdi və o, baş verən ölüm faktı ilə bağlı məsələnin araşdırılmasına köməklik göstərilməsi üçün, Türkiyə Respublikasının Baş Prokurorluğuna müraciət göndərildiyini dedi. O halda ona bildirdim ki, həmin müraciətdə nə yazıldığnı görmək istərdim. Cavabında adı çəkilən xanım qeyd etdi ki, “sənə heç bir sənəd göstərə bilmərik, heç bir məlumat verə bilmərik. Çünki, bu yöndə rəhbərliyin tapşırığı var” dedi. Amma, qanuna görə bu heç də qadağan deyil. Aramızda olan danışığımızla bağlı bu gün məndə audio-səsyazısı var. Onu da vurğulayım ki, baş verən faciə ilə bağlı bu günə kimi heç bir cinayət işi açılmamış, lazımi istintaq prosesləri də həyata keçirilməmişdir. Qəbul zamanı Erkan Əlixanov isə qeyd etdi ki, “biz bu məsələyə heç də biganə yanaşmamışıq”. Nədənsə hər kəs bu gün gəlinim Elfiranı və Yeganə Nağıyevanı müdafiə edirlər. Amma, ortada olan dəlil və sübutlar əsasında oğlumun qatillərinin cəzalandırılmasına bir kimsə cəhd etmir. Erkan Əlixanovun danışığında belə nəticəyə gəlmək olur ki, guya oğlum xəstə idi, ona görə də o, dünyasını dəyişir. O halda sual oluna bilər ki, əgər o, xəstə idisə niyə Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində işə götürülmüşdü? Mən oğlumun ölüm anına qədər onda heç bir xəstəliyin olmadığını sübuta yetirəcək kifayət qədər dəlliləri ortaya qoymağa hazıram. Bildirim ki, oğlum Eminin ölümü ilə bağlı hələ o koma vəziyyətində olarkən zəhərləndirilərək öldürülməsi, əldə olunan videogörüntülər, həmçinin götürülmüş biopsinin nəticələri də var. Baş verən ölüm faktı ilə bağlı Məhkəmə Tibbi-Ekspertizasının lazımi sayda vermiş olduğu rəylər də var. Rəylərdə oğlumun zəhərləndirilərək öldürülməsi qeyd olunub və Türkiyə tərəfindən alınmış sənədlərin bəziləri də gizlədilib.
Onu da qeyd edim ki, oğlumun müəmmalı ölümü ilə bağlı lazımi araşdırmaların aparılmamasına səbəb, məhz məndən alınmış 200 000 min dollar məbləğində rüşvətin ört-basdır edilməsi, işə qəbul zamanı qol qoyulmuş qanunsuzluq əməllərinin izinin itirilməsidir. Yəni, oğlum işə götürülərkən onunla bağlı toplanmış lazımi sənəd-sübutlar Baş Prokurorluqda var. Bu yöndə araşdırmalar aparılarsa, o halda əsl həqiqətləri ortaya çıxarmaq mümkün olar. Artıq mən o qənaətə gəlmişəm ki, cənab Rüstəm Usubov məni qəbul etdiyi zaman danışdıqlarıma, təqdim etdiyim lazımi sənədlərə olduqca diqqət yetirdi. Ona görə də, oğlum Eminin müəmmalı ölüm hadisəsi ilə ciddi addımlar atılacağına, bu işdə iştirakı olan hər kəsin qanun qarşısında cavab verəcəyinə tam şəkildə inanıram”.

P.S. Baş verən müəmmalı ölüm hadisəsi ilə bağlı sosial şəbəkədə və bir çox media qurumlarında açıqlama dərc olunduqdan sonra, iş adamı Bəybala Hüseynova məxsus obyekt kənardan qara rəngli ”Land Cruiser” 10-HF-005 dövlət nömrə nişanlı avtomobillə şəkili çəkilir və obyekti çəkən şəxslər ərazidən uzaqlaşırlar. Az sonra isə, həyata keçirilmiş çəkilişlə bağlı rekert saytlardan birində şər-böhtan xarakterli ”açıqlama” dərc olunur. Bu da hər kəsi o anlama gəlməyə əsas verir ki, sayt rəhbəri hansısa maraqları çərçivəsində belə bir addımını atır və qarşı tərəfi vicdanlı məmur obrazında ictimaiyyətə təqdim edir.

Baş Prokurorluq əməkdaşının müəmmalı ölümü Rüstəm Usubovu hərəkətə gətirdi - FOTO/VİDEO

Amma, həmin şəxs onu da unudur ki, tarxin süzgəcindən keçib bu günümüzə qədər gəlib çatan belə bir atalar məsəli var: “Görünən dağa nə bələdçi?” Elə ki, Bəybala Hüseynov 3 aprel 2019-cu il tarixdə saat 11:00-da Baş Prokurorun 1-ci müavini cənab Rüstəm Usubovun qəbuluna dəvət olunur, o halda “açıqlama”nı dərc etdən sayt rəhbəri, həmin yazını saytında gizlətmək məcburiyyətində qalır. Çünki, …
Onu da bildirək ki, təxribat xarakterli “açıqlama”nı dərc edən saytın adını ona görə çəkmək istəmirik ki, həm saytın reklamı ola bilər, həm də həmin sayt…
Mövzu diqqətimizdədir.

Bu yazını paylaş

Ölkədə repressiyalar davam edir!

Next Story »

Şərurlu İsfəndiyar kimi tanınan iş adamının adı daha bir qalmaqalda: Mənzil almaq istəyən vətəndaşlar aldadılaraq ümumilikdə yüz minlərlə ziyana salınıb -FOTO/ VİDEO

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.