Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 237

Baş Prokurorluq rüşvət faktını niyə gizlədir?

Baş Prokurorluq rüşvət faktını niyə gizlədir?

EBBaş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı mərhum Emin Hüseynovun işə düzəlməsi üçün verilmiş rüşvətlə bağlı məhkəməyə müraciət edilib. Şikayətdə diqqəti çəkən əsas məqam cinayət işində həmin idarənin sabiq rəis müavini və hazırda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini tutan Əli Nağıyevin adının çəkilməsidir. Belə ki, 2017-ci ilin avqust ayında Türkiyənin Antalya şəhərində zəhərlənərək öldürülən Emin Hüseynovun atası Bəybala Hüseynov və onun hüquqlarını müdafiə edən Elçin Məmməd rüşvət iddiasının araşdırılması ilə bağlı Baş Prokurorluğunun hərəkətsizliyindən Səbail rayon Məhkəməsinə şikayət edib. Bu barədə “Yukselis.info”-ya hüquq müdafiəçisi Elçin Məmməd məlumat verib. Onun sözlərinə görə, şikayət ərizəsində cinayət faktı kimi Əli Nağıyevin mərhum Emin Hüseynovu Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işə düzəltmək üçün atasından rüşvət aldığı, lakin həmin iddianın Baş Prokurorluq tərəfindən araşdırılaraq müvafiq tədbir görülmədiyi bildirilir:
EN“Mən əvvəllər tanıdığım Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəis müavini, hazırda Dövlət Təhlükəsizlik Xİdmətinin rəisi təyin edilən Əli Nağıyevlə görüşüb, mərhum oğlumu Baş Prokurorluqda işə düzəltmək istədiyimi bildirdim. Qeyd edim ki, oğlum üzürlü səbəblərə görə hərbi xidmətdə qulluq etməyib və mən bunula bağlı Əli Nağıyevə məlumat verdim. O da, öz növbəsində “məsləhətləşib sənə cavab verərəm” – dedi. 1-2 ay sonra məni yanına çağıraraq bildirdi ki, “mən məsləhətləşmişəm və təcili 200 min ABŞ dolları məbləğində pul verməlisən”. Mən çox narahat oldum və dostluq münasibətlərimizi düşünərək məsələdə pul söhbətinin olacağına inanmırdım. Əli Nağıyev mənə dedi ki, “mən danışmışam artıq sənin geriyə yolun yoxdur və pulu mütləq gətirməlisən” Mən də çarəsiz qalıb razılaşdım və tanışım Sənan Hacıyevdən borc alaraq tələb olunan pulu 2 dəfəyə ödədim. Həmin şəxsə pulu nə məqsədlə aldığımı demişdim və sonuncu pulu Əli Nağıyevə verəcəyimi bilirdi. Pulu qardaşım Qoçu Hüseynovla birlikdə rəsi müavinin iş otağında verdim və idarəyə daxil olarkən müvafiq kitabda qeydiyyat da aparıldı. Bir neçə aydan sonra oğlum Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə kargüzar-məsləhətçi vəzifəsinə işə qəbul olundu. Qeyd edim ki, rəis müavini ilə razılaşmışdıq ki, oğluma 1 il sonra rütbə verilərək müstəntiq vəzifəsinə keçiriləcək. Xeyli müddət keçəndən sonra Əli Nağıyevlə görüşərək məsələni xatırlatdım və onun cavabı heç də ürək açan olmadı” – deyə Bəybala Hüseynov şikayətində qeyd edib.
EH4Bəybala Hüseynov ərizəsində bildirib ki, Əli Nağıyev onun oğlu E.Hüseynova rütbə veriləcəyinə dair vədinə nəinki əməl etməyib, hətta 2017-ci ilin avqust ayında məzuniyyətdə olanda otağı boşaltdırılıb. Həmin vaxt Antalyada istirahətdə olan Emin Hüseynov müəmmalı şəkildə vəfat edib. Mərhumun atasının sözlərinə görə, kənardan verilən ölümcül səviyyədə olan bir zəhərli maddənin nəticəsində oğlu dünyasını dəyişib. Bütün bunlar müxtəlif ekspert rəyləri ilə də təsdiqini tapıb.
RPHüquq müdafiəçisi Elçin Məmməd bildirib ki, mərhumun atası Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini Əli Nağıyevə rüşvət verməsi və bu prosesləri əks etdirən məqamlarla bağlı ötən ilin dekabr ayında 1-ci vitse-prezident Mehriban Əliyevaya ərizə ilə müraciət edib. Prezident Administrasiyasından Baş Prokurorluğa 2018-ci ilin dekabrında ünvanlanan məktubda ərizənin aidiyyatı üzrə baxılması üçün göndərildiyi və nəticəsi barədə ərizəçiyə məlumatın verilməsi qeyd olunub. Şikayətçi tərəfin sözlərinə görə, Baş Prokurorluq tərəfindən həmin ərizədə əksini tapan korrupsiya faktı bu günə qədər araşdırılmayıb və sözügedən fakt üzrə isə cinayət işi açılmayıb.
Erize“Eyni zamanda biz Baş Prokurorluğa müraciət edərək Əli Nağıyev barəsində Cinayət Məcəlləsinin 308.2 və 311.3.4-cü maddələri ilə cinayət işinin başlanması, həmin şəxsin məsuliyyətə cəlb edilməsi və dəymiş ziyanın ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdik. Lakin indiyə qədər şikayətimizlə bağlı hər hansı addım atılmayıb. Təqdim etdiyimiz şikayət Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini barədə olduğundan cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi Baş prokurorluğun səlahiyyətindədir. Təəssüf ki, Baş prokurorluq tərəfindən şikayət üzrə heç bir araşdırma aparılmayıb.” – deyə hüquq müdafiəçisi bildirib.
Cinayət təqibini həyata keçirən orqan olan Baş Prokurorluğun işə etinasız yanaşdığını görən B.Hüseynov və E.Məmməd adıçəkilən orqanın hərəkətsizliyindən məhkəməyə müraciət etmək qərarına gəlib.
“Bu ilin may ayında Baş Prokurorluğa rəsmi ərizə ilə müraciət etmişdik. Aradan bir aydan çox vaxt keçməsinə baxmayaraq indiyə qədər prokurorluq tərəfindən heç bir addım atılmayıb. Onlar heç şikayətçinin izahatını belə almayıb. Baş prokurorluq hərəkətsizlik etməklə, şahidlərin izahatını almamaqla, qeydiyyat kitabını tələb etməməklə, telefon danışıqları olan diskə baxış keçirməməklə qəsdən işin istintaqını uzadıb, səmərəli nəticənin əldə edilməsinə maneə törədib və günahkarların məsuliyyətdən yayınmasına şərait yaradıb. Bununla da Baş prokurorluq CPM-in 38, 48 və 138-ci maddələrini pozub.” – deyə Elçin Məmməd bildirib.
Bəybala Hüseynov və Elçin Məmməd məhkəmədən Baş Prokurorluğun araşdırma aparmamasını qanunsuz hesab etməyi xahiş edib.
Həcər ABASOVA

Bu yazını paylaş

Əli Nağıyevin vətənə təhlükəli xidməti

Next Story »

Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başladı- FOTOLAR

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.