Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 547

“Beyləqan xanı” öz “vəzir-vəkilini” başına toplayıb… – İDDİA

Beyləqan rayon təhsil sferasında son illər baş verən hadisələrin müşahidələri rayon sakinlərində batil inanc formalaşdırıb: “Təhsilə kim rəhbər təyin olunursa, təhsildən başqa hər şeylə qayğılanır”. Hər təyinatda ümid yaranır ki, təzə gələn rəhbər müsbətə doğru nəyisə dəyişəcək, amma olmur ki olmur. Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini hazırda icra edən Tahir Həsənov bu inancı daha da möhkəmləndirib. Əvvəlki illərdə əsası qoyulan mənfi tendensiyalar daha da dərinləşib. Adam ona tapşırılan sahənin idarəçiliyini atıb bir kənara, icra başçısı Asif Ağayevə vəzirlik edir, özü də qara vəzirlik. Bir az təkəbbürlü, qaraqabaq təsiri bağışlayan Asif müəllim başqa məmurların bəzən heç salamını belə almadığı halda, Tahir Həsənovu özünün ən çox inandığı, məsləhət aldığı personaya çevirib.

Bu mövzuda saytımızda gedən əvvəlki yazılarda bir məsələyə toxunmuşduq ki, Tahir Həsənov özünə məhrəm məclislərdə demək olar xanım deputat Bahar Muradovanın adamı kimi təqdim olunur. Bu gülərdə RealMedia.az-a daxil olan məlumatlarda bildirilir ki, doğrudur, Tahir Həsənovun anası da Bahar xanımın doğmayurdu Yağlıvənd kəndindəndir, deyilənə görə hətta bir-birlərinə uzaq qohumluqları da çatır, amma Tahir Həsənovun Beyləqan xanının vəzirinə çevrilməsində ikinci bir subyektiv faktor da var – Tahir özünü Asif Ağayevə SOCAR xətti ilə də tapşırtdırıb. Bildiyimiz kimi, icra başçısı Asif Ağayev dövlət qulluğuna ARDNŞ-dən gəlib. Asif müəllimin atası da uzun müddət Neft Şirkətinin strukturlarında rəhbər vəzifələrdə çalışıb.

Növbəti məlumat isə Beyləqan şəhər 4 saylı orta məktəbindəndir. Qeyd olunur ki, məktəbin rus sektorunda adı jurnalda olub, özü dərslərdə tapılmayan şagirdlərlə bağlı ciddi yoxlama gedir. Əlinəzərli – 1 kənd məktəbində isə uşaqlardan bir neçə gün öncə müxtəlif adlarla 12-15 manat pul yığıldığı bildirilir.

Son dövrə qədər ATİAHİ rayon komitəsinin sədri olan Tahir Həsənovun hələ tam təsdiq olunmadığı rayon təhsil şöbəsinin müdiri vəzifəsində istədiyini edir. Bir vaxtlar 3 nömrəli məktəbdə 20-yə yaxın saxta diplomlu şəxsin müəllim vəzifəsinə qanunsuz götürüldüyü barədə məlumatları mətbuata ötürərək, sabiq təhsil müdirinin “ayağının altını qazan” Tahir Həsənov indi həmin müəllimləri özü müqavilə ilə işə götürüb himayə edir. Onda elə etməkdə marağı nə idi, indi belə etməkdə marağı nədir – cavab tapmağı oxucunun öhdəsinə buraxırıq.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.(RealMedia.az)

Bu yazını paylaş

Lənkəranın İcra başçısı tətilə 1 milyon xərclədi – ŞOK İDDİA

Next Story »

Korrupsiyada ittiham olunan Əli Nağıyevlə bağlı Prezidentə müraciət edildi

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.