Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 905

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rüşvətxorluqda ittiham olunur.

Erize

Əli Nağıyevdən Baş Prokurora şikayət edildi

Mayın 20-də Baş Prokuror Zakir Qaralova Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevlə bağlı şikayət göndərilib. Buna səbəb Bakı şəhər sakini, fərdi sahibkar Bəybala Hüseynovun mərhum oğlunun prokurorluq orqanlarında işə düzəlməsi üçün ondan tələb olunan rüşvət faktıdır. Bu barədə hüquq müdafiəçisi Elçin Məmməd mətbuata açıqlama verib. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi Bəybala Hüseynov ali təhsilli oğlunu münasib bir işə düzəltmək məqsədlə əvvəllər dostluq münasibətində olduğu Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevlə görüşüb.

“Bir müddət sonra sonuncu ondan 200 yüz min ABŞ dolları tələb edib və pulun ödənilməsinin vacibliyini bildirib. Bəybala Hüseynov dostluq münasibətlərini düşünərək məsələdə pul söhbətinin olacağına inanmayıb, ancaq tələb ciddi xarakter aldığından çarəsiz qalıb. Bəybala Hüseynovun oğlu üzürlü səbəblərə görə hərbi xidmətdə qulluq etməyib və bu barədə Əli Nağıyevə də məlumat verib. Prokurorluq rəsmisi problemin olmadığını və dediyi pulun müqabilində işə götürüləcəyini bildirib. O razılaşıb və tanışından borc alaraq tələb olunan pulu iki dəfəyə ödəyib. Əli Nağıyev ona bildirib ki, oğlu əvvəlcə texniki işçi kimi işə götürüləcək və bir il sonra rütbə verilərək müstəntiq vəzifəsinə keçiriləcək.” – deyə hüquq müdafiəçisi bildirib.

BHElçin Məmməd qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxsin oğlu Emin Hüseynovu Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə kargüzar-məsləhətçi vəzifəsinə işə qəbul ediblər. Bir müddət keçib ancaq söz verilən rütbə və vəzifə verilməyib, bu da Bəybala Hüseynovun haqlı narazılığına səbəb olub. Hüquq müdafiəçisi onu da bildirib ki, oğlunun işilə bağlı Əli Nağıyevlə görüşsə də, məsələ ürəkaçan olmayıb, yaranmış vəziyyət onu qane etməyib. Bundan sonra problemlərin başlandığını bildirən Elçin Məmməd vurğulayıb ki, həmin şəxsin oğlu dəfələrlə izlənilib, işlədiyi yerdə problemlərlə üzləşib və məzuniyyətdə olduğu zaman Türkiyədə müəammalı şəkildə öldürülüb.

“Bəybala Hüseynovun oğlu heç bir nəqliyyat vasitəsində qeydə alınmayan 10 TK 473, 10 TX 473 nömrəli qara rəngli BMW markalı maşınla izlənilib. Mərhum Emin Hüseynov bu haqda işdə rəhbərliyi məlumatlandırsa da, heç bir ölçü götürülməyib. 2017-ci ilin avqust ayında mərhum ailəsi ilə birgə Türkiyədə istirahətdə olarkən xəbər alır ki, onun iş otağı boşaldılıb. Bəybala Hüseynov məsələ ilə əlaqədar dəfələrlə Əli Nağıyevlə əlaqə saxlayır, ancaq nəticəsi olmur. Bir neçə gündən sonra isə oğlu elə istirahət etdiyi Türkiyədə qəfil halı pisləşir və müəmmalı şəkildə dünyasını dəyişib.” – deyə Elçin Məmməd əlavə edib.

Hüquq müdafiəçisi bildirib ki, Emin Hüseynovun ölüm faktı araşdırılıb və onun zəhərləndirilərək öldürüldüyü məlum olub. Belə ki, müxtəlif ekspert rəylərindən məlum olur ki, mərhum ona kənardan verilən ölümcül səviyyədə olan bir zəhərli maddənin nəticəsində dünyasını dəyişib. Elçin Məmməd hesab edir ki, mərhumun artıq hamıya məlum olan zəhərlənməsi faktı onun ölümünün sifarişli olduğunu göstərir və verilən rüşvətin ört-basdır edilməsinə, işə qəbulu zamanı buraxılmış qanunsuzluğun izinin silinməsinə xidmət edir.

Elçin Məmməd onu da qeyd edib ki, Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin bu əməli “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Korrupsiya ilə əlaqədar hüquqpozmadır. Hüquq müdafiəçisi hesab edir ki, həmin şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.3.4-cü madddələri ilə cinayət işi açılmalı və məsuliyyətə cəlb edilməlidir.

“Məsələ ilə əlaqədar artıq şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri, səs yazısını Baş prokurora təqdim etdik. Hesab edirəm ki, məsələ ədalətli araşdırılacaq və ittiham olunan şəxs barəsində ən qısa zamanda qanuni tədbirlər görüləcəkdir. Çünki Azərbaycan “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” Avropa Konvensiyalarına, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına qoşulub və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə bir sıra öhdəliklər götürüb. Bu kimi hallar dövlətimizin dayaqlarını sarsıdır və beynəlxalq nüfuzuna xələl gətirir.” – deyə Elçin Məmməd əlavə edib.

Bu yazını paylaş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “müdhiş maxinasiyalar”

Next Story »

Lənkəranın İcra başçısı tətilə 1 milyon xərclədi – ŞOK İDDİA

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.