Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 209

Məhkəmə DTX rəisi ilə bağlı şikayəti qəbul etmədi

İyulun 12-də Səbail rayon Məhkəməsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəis müavini və hazırda DTX rəisi olan Əli Nağıyevə qarşı rüşvət iddiasının araşdırılması ilə bağlı Baş Prokurorluğunun hərəkətsizliyindən verilmiş şikayətə baxılıb. Hüquq müdafiəçisi Elçin Məmmədin Criminal.az saytına verdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilmiş prosesdə cinayət təqibini həyata keçirən orqan olan prokurorluqla bağlı məhkəmə nəzarəti qaydasında verilən şikayətin icraata qəbul edilməsindən imtina olunub.
“Hesab edirəm ki, məhkəmənin bu qərarı qanunsuzdur və bu gün apellyasiya şikayəti veriləcəkdir. Qeyd edim ki, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı mərhum Emin Hüseynovun işə düzəlməsi üçün verilmiş rüşvət iddiasının araşdırılması üçün prokurorluğa şikayət etmişdik. Bu ilin mayında verilmiş şikayət ərizəsində cinayət faktı kimi Əli Nağıyevin mərhumun prokuroluqda işə düzəlməsi üçün atası Bəybala Hüseynovdan aldığı rüşvət faktının araşdırılaraq müvafiq tədbirlərin görülməsi və dəymiş ziyanın ödənilməsi tələb olunurdu. Ancaq indiyə qədər şikayətlə bağlı hər hansı addım atılmayıb və heç bir araşdırma aparılmayıb. Təqdim olunan şikayət Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini barədə olduğundan cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi Baş prokurorluğun səlahiyyətindədir. Qaldırılan məsələni ciddi nəzarətdə saxlayacağıq və gələcəkdə ölkə üzrə məhkəmə instansiyalarının qərarından asılı olaraq Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcəkdir”-deyə E.Məmməd qeyd edib.
Məlumat üçün bildirək ki, mərhumun atası Bəybala Hüseynov iddia edir ki, oğlu zəhərlənərək öldürülüb. O, bu sui-qəsddə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininın rəhbər şəxsləri – rəis Kamran Əliyev və keçmiş müavin Əli Nağıyevi ittiham edir. B.Hüseynov Criminal.az saytına açıqlamasında oğlunun ölümündə dövlət adamlarından başqa gəlini və turizm şirkətinin rəhbərini də günahkar hesab edib:
“Oğlum ölümündən 15 dəqiqə qabaq anası ilə telefonla danışarkən deyib ki, düşməni Əli Nağıyev və Fuad Rəsulovdur. Anası da deyib ki, telefonda ad çəkmə, atanla danışarsan. 15 dəqiqə sonra gəlib Eminə zəng etdim, artıq o ölmüşdü, komada idi, danışa bilmirdi. Cənazəni Azərbaycana gətirəndən sonra oğlumun sözünü xatırladım. Axı o demişdi düşmənim Əli Nağıyev və Fuad Rəsulovdur. Telefonu götürdüm ki, dostlarına nəsə yazıb deyə baxım. Baxdım ki, gəlinim Eminin telefonunda olan bütün məlumatları silib. Oğlumun ikinci telefonunu isə gəlinimin xalası oğlu dənizə atıb. Gəlinim, bir gün toparlanaraq evimdən qaçdı”.
Mərhumun atası B.Hüseynov uzun müddət şirkət rəhbəri olub. 2005-2012-ci illərdə Badamdar bələdiyyəsinin sədri olub. Həmin müddətdə hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini işləyən Əli Nağıyevlə münasibəti yaranıb.və oğlu Emin Hüseynovun işə düzəldilməsində də onun rolu olub.
B.Hüseynov deyib ki, Bakı Dövlət Universitetlnin hüquq fäkültəsində ali təhsilini başa vurmuş övladı Emini işə düzəltmək məqsədlə 2014-cü ildə əvvəllər Əli Nağıyevlə görüşüb fikirini ona çatdırıb və 200 min ABŞ dolları məbləğində pul qarşılığında oğlunu Ə.Nağıyevin rəis müavini olduğu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə işə düzəldib. Lakin oğlunun ölümündən bir neçə gün qabaq iş otağı boşaldılıb və bu, onda böyük şübhələr yaradıb. Daha sonra oğlu həyat yoldaşı ilə Türkiyənin Antalya şəhərinə istirahətə yollanıb. İstirahətinin bitməsinə bir gün qalmış, 18 avqust 2017-ci il tarixdə müəmmalı şəkildə ölüb.
 Baş Prokurorluq tərəfindən məlumatlar təkzib olunub.

(criminal.az)

Bu yazını paylaş

Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başladı- FOTOLAR

Next Story »

Fərzəliyev Qardaşlarının İstanbul otelindəki “qara bazarı!”

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.