Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 220

”Prezident 3 yaşa qədər uşaqlara müavinətlərin verilməsi məsələsinə baxılmasını tapışırıb”

Vüqar Bayramov: “Bu, uşaq pulunun mərhələli şəkildə bərpasıdır”

“Prezident İlham Əliyev tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın”.

Bunu martın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçirdiyi iclasda komitə sədri Hadi Rəcəbli deyib.

O qeyd edib ki, bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur.

“Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”

İqtisadçı Vüqar Bayramov deyir ki, 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaq pulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir, müsbət addımdır:

“Bu addım uşaqların sosial müdafiəsi baxımdan çox vacibdir. Qeyd etmək istərdim ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi bir müddət öncə hökumətə uşaq pulunun bərpası ilə bağlı təkliflərini vermişdi. Biz bu təklifləri rasional və real imkanlar nəzərə alınmaqla hazırlamışdıq. Sevindirici haldır ki, artıq proses başlayır. Dünən təklifimiz sosial şəbəkədə təqdim olunandan sonra uşaq pulu məsələsində fərqli yanaşmaların şahidi olduq və əslində bunu normal da qarşılayırıq. Amma bu gün başqa reallığı müşahidə etdik: təkliflərimiz mərhələli şəkildə tətbiq olunacaq”.

Bu yazını paylaş

Prokuror baş redaktora iş istədi

Next Story »

DSX: İran tərəfdən sərhədi pozmaq istəyən qrupun üzvü öldürülüb

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.