Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 268

Prokurorluq işçisinin qətlini gizlətmək üçün mediada əsassız məlumatlar yayılır

EH4Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynovun müəammalı ölüm hadisəsinə görə cinayət işinin ədalətli araşdırılması ilə bağlı ailəsinin tələbləri yerinə yetirilmir. Bəzi dairələr mərhumun guya xəstəlikdən dünyasını dəyişdiyi barədə məlumatlar dərc etdirməklə baş vermiş cinayətin üstünün açılmasından diqqəti yayındırmağa çalışırlar.

EHXatırladaq ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində kargüzar-məsləhətçi vəzifəsində işləmiş Emin Hüseynov 2017-ci ilin avqust ayında Türkiyənin Antalya şəhərində istirahət zamanı müəmmalı şəkildə dünyasını dəyişib. Mərhum Bakı şəhəri Batamdar qəsəbəsinin sabiq sədri Bəybala Hüseynovun oğludur. Bəybala Hüseynov oğlunun əslində zəhərlənərək sui-qəsd nəticəsində öldürüldüyünü iddia edir. Emin Hüseynovdan xəstəxanada götürülən qan analizləri  mərhumun kənardan verilən ölümcül səviyyədə zəhərli maddənin nəticəsində dünyasını dəyişdyini təsdiq edir. Bəybala Hüseynov bildirir ki, oğluna zəhər fanta şirəsinə qatılaraq verilib. Baş vermiş hadisə ilə əlaqədar Türkiyə Cinayət Məcəlləsinin 81.1-ci “Qəsdən İnsan Öldürmə” maddəsi ilə cinayət işi açılıb. 2017/76555 saylı cinayət işi üzrə istintaq davam edir və Lara Anadolu Xəstəxanasının işçiləri Azime Evci, Kutyar Mısırlıoğlu, Yetkin Çeray və Ağdəniz Xəstəxanasının işçisi Barış Akgül şübhəli şəxs kimi istintaqa cəlb edilib. Qeyd edilən cinayət işinin istintaqı ilə əlaqədar Türkiyə tərəfi “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” 1968-ci il Avropa Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə orqanlarına müraciət edib.

RPBuna baxmayaraq, Bəybala Hüseynov Azərbaycan Baş Prokurorluğunun baş vermiş ölüm faktı ilə bağlı cinayət işi açmaqdan yayındığını deyir. Onun sözlərinə görə, dəfələrlə müraciət etməsinə baxmayaraq, Baş Prokurorluğun Beynəlxalq Əlaqələr Şöbəsi sənədləri Antalya prokurorluğuna göndərməklə cinayət faktını ört-basdır etməyə çalışıb. Halbuki, mərhumun atası  sui-qəsdin təşkilatçılarının və icraçılarının məlum  olduğunu, bunu təsdiq edən məlumatları Azərbaycan Baş Prokurorluğuna təqdim etdiyini bildirir. Lakin indiyə qədər ortaya qoyulan dəlil-sübutlar və şübhə doğuran materiallar üzrə heç bir araşdırılma aparılmayıb.

BHBəybala Hüseynov bildirib ki, oğlu Emin ölümündən bir neçə gün əvvəl naməlum şəxslər tərəfindən izlənildiyini deyib. O, mobil telefonla həmin adamların fotolarını da çəkib. Hətta atasının dediyinə görə, Emin Hüseynov Baş Prokurorluğun idarə rəisi Fuad Rəsulovun onu öldürtmək istədiyini və bu məqsədlə izlətdiyini söyləyib. Lakin sui-qəsd kifayət qədər mükəmməl təşkil olunduğundan onu sübuta yetirməkdə problem yaranıb. Bəybala Hüseynov onu da qeyd edib ki, Emin Hüseynovun izlənilməsini və qətlə yetirilməsini təsdiq edəcək foto və audio materialları mərhumun həyat yoldaşı Elfira Hüseynova (Mövsümlü) mobil telefonundan silib və bu işi heç kimə xəbər vermədən edib. Onun sözlərinə görə, Elfira Hüseynova cinayətin gizlədilməsində sui-qəsdçilərlə əlbir olub.

YNEmin Hüseynovun öldürülməsi ilə bağlı cinayət işində həmçinin, “Avangard Travel” şirkətinin müdiri Yeganə Nağıyevanın da adı çəkilir. Mərhumun valideynlərinin verdiyi məlumata görə, E.Hüseynova və Y.Nağıyeva baş vermiş cinayəti bildikləri halda qəsdən ört-basdır etməyə çalışıb. Bu səbəbdən, Antalya Şəhər Prokurorluğunun Azərbaycan tərəfinə göndərdiyi müraciətdə cinayət hadisəsi ilə bağlı bəzi məsələlərin aydınlaşdırılması, “Avangard Travel” şirkətinin rəhbəri Yeganə Nağıyevanın mobil telefonunun incələnməsi, ondan mərhum Emin Hüseynovun yaxta gəzintisi ilə bağlı təfsilatlı məlumat tələb edilir.

Elfira Hüseynovanın hərəkətlərində şübhə doğuran digər məqam Emin Hüseynovu koma vəziyyətində buraxıb müğənni Sibel Canın konsertinə getməsidir. Cinayət hadisəsinin baş verməsindən sonra Elfira Hüseynovanın soyadını dəyişərək Mövsümlü qəbul etməsi isə bu şübhələri daha çox artırır. Bundan əlavə, “Avanqard Travel” turizm şirkətinin müdiri Yeganə Nağıyeva tərəfindən səyahət paketinə dəxli olmayan bir yaxta turu təşkil edilib və mərhumun ölümü bundan sonrakı mərhələdə baş verib.

EMBəybala Hüseynovun nümayəndəsi, hüquq müdafiəçisi Elçin Məmmədin sözlərinə görə, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 307.2-ci madddəsi (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) ilə cinayət işinin açılması, onların məsuliyyətə cəlb edilməsi üçün Baş Prokurorluğa və Sumqayıt şəhər Prokurorluğuna müraciət edilib.

“Mərhumun həyat yoldaşı Elfira Hüseynova həmişə özünü qəribə aparıb və az da olsa ölüm hadisəsi onda narahatlılıq yaratmayıb. Ərinin ölümü onda heç hiss olunmur və hətta soyadını Mövsümlüyə dəyişib rahat həyatına davam edə bilir. Bir dəfə də olsun qaynatasından cinayət işinin araşdırılmasının nəticəsi barədə maraqlanmayıb. Adı çəkilən turizm şirkətinin rəhbəri Yeganə Nağıyeva mənbəyi bilinməyən yaxta tur təşkil edib. Türkiyə tərəfinin tələbi ilə bizim Baş prokurorluqda alınan ifadələrdə ziddiyyətli məqamlar mövcuddur və səyahəti təşkil edən şəxsin telefon danışıqları ilə ifadələrində xeyli uyğunsuzluq var. Müxtəlif vaxtlarda mətbuata verdikləri açıqlamalarda uyğun gəlməyən ifadələr Elfira Hüseynova və Yeganə Nağıyeva barəsində bizdə haqlı şübhələr yaradıb. Bütün bunlar, mərhumun öldürülməsi qənaətinə gəlinir və hesab edirik ki, bu şəxslər baş vermiş cinayəti bildikləri halda hansısa səbəbdən gizlədiblər.” – deyə hüquq müdafiəçisi bildirib.

ANTElçin Məmməd əlavə edib ki, ölümündən öncə izləndiyini, həyəcan və qorxu keçirdiyini, bir gün oğlunun başına bir iş gələcəyini dəfələrlə qaynatası Bəybala Hüseynova bildirən mərhumun həyat yoldaşı Baş prokurorluqda verdiyi ifadələrdə əksini söyləyib:

“Bütün vəziyyəti bildiyi halda mərhumu elə bil məcburi halda Antalyaya istirahət adı altında aparıblar. Həyat yoldaşı onu səyahətə getməyə məcbur edib və Türkiyəyə bilet alınıb. Emin Hüseynov da çıxılmaz vəziyyətdə qalaraq bununla razılaşıb. Mərhum istirahət etdikləri otelin idman zalında məşq edərkən anidən yıxılıb. Oteldən təcili yardım maşınında xəstəxanaya aparılıb və həyat yoldaşı da eyni maşında xəstəxanaya gedib. Ekspertlərin rəyinə görə, mərhum ona kənardan verilən ölümcül səviyyədə olan bir zəhərli maddənin nəticəsində dünyasını dəyişib. Həmin vaxt Türkiyədə olmasına baxmayaraq Emin Hüseynovla heç cür görüşməyə imkan tapa bilməyən yaxın dostu Orxan Quliyev nədənsə həmin an xəstəxanaya gəlib. O, mərhumun koma vəziyyətində olmasına baxmayaraq Elfira Mövsümlünü də götürüb ailəsi ilə birlikdə müğənni Sibel Canın konsertinə gediblər. Həyat yoldaşı ötən ilin oktyabrında bizim Baş Prokurorluqda verdiyi ifadədə qeyd edib ki, mərhum hədə-qorxuya məruz qalması və izlənilməsi barədə ona heç nə danışmayıb və bu barədə eşitməyib. Ancaq bu ilin aprelində mətbuata verdiyi açıqlamada isə mərhum ərinin ölümündən öncə izlənməsini təsdiq edib.”

ENJHüquq müdafiəçisi qeyd edib ki, Emin Hüseynovun sifarişli qətlində digər şübhəlilərdən biri də, “Avangard Travel” turizm şirkətinin müdiri Yeganə Nağıyevadır. Onun sözlərinə görə, həmin şəxs mərhuma mənbəyi bilinməyən yaxta tur təşkil edib və indiyə qədər bu turun niyə təşkil edildiyini əsaslandıra bilməyib. Yeganə Nağıyeva 2018-ci ilin oktyabr ayında Baş Prokurorluqda verdiyi ifadədə qeyd edib ki, Türkiyənin “Enjoy” şirkəti ona yaxta gəzintisini 26 ABŞ dollarına satıb və xanım da hədiyyə kimi mərhuma verib. Ancaq adı çəkilən turist şirkətinin rəhbəri məsələni təkzib edib və bildirib ki, mərhuma hər hansı yaxta tur təşkil etməyiblər.

YT“Yeganə Nağıyeva ilkin olaraq mərhumu hədiyyəlik yaxta turu adı altında aldadaraq, sonradan “yox bu hədiyyəlik deyil, mən onun pulunu buradan ödəmişdim, yaxta tur bir nəfər üçün 20-30 ABŞ dolları məbləğindədir” – deyib. Amma dəqiq məbləğ bilinmir, kimə və necə ödədiyi məlum deyil. Onları yaxta gəzintisi olan yerə qədər taksi ilə aparıb gətirmək özü elə 100 ABŞ dollarına başa gəlir. Əgər bu doğrudursa, necə ola bilər ki, bir nəfər üçün 20-30 ABŞ dolları ödənildiyi halda, yol məsrəfi ondan çox çıxır? Buradan məlum olur ki, Yeganə Nağıyevanın danışdıqları yalandır və fikri yayındırmağa çalışır. Turist şirkətinin rəhbəri ifadəsində onu da bildirib ki, Enjoy şirkətindən Emrah Uysal və Selami Gökhanı tanıyır, həmin yaxta turu isə qeyd edilən şirkətin rəsmisi Emrah Uysal vasitəsilə alıb. Adları çəkilən şəxslər ötən ilin sentyabrında Türkiyənin Antalya Prokurorluğunda həmin cinayət işi üzrə verdiyi ifadələrdə onların şirkəti üzərindən heç bir yaxt turun təşkil edilmədiyi və Emin Hüseynov adlı şəxsi tanımadıqlarını bildiriblər.” – deyə Elçin Məmməd qeyd edib.

ENBəybala Hüseynov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin və rəis müavini Əli Nağıyevin də sözügedən cinayət faktının açılmasında maraqlı olmamasından narazıdır. O, hətta özünün və sağlığında oğlunun Əli Nağıyev tərəfindən aldadıldığını deyir. Bəybala Hüseynov iddia edir ki, oğlunu işə düzəltmək məqsədlə əvvəllər dostluq münasibətində olduğu Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavininə 200 yüz min ABŞ dolları rüşvət verib. Mərhum Emin Hüseynov hüquq-mühafizə orqanlarında işə düzəlmək üçün yarasız olsa da, rüşvət müqabilində Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə kargüzar-məsləhətçi vəzifəsinə işə götürüblər. Lakin Bəybala Hüseynov ona verilən sözün yerinə yetirilmədiyini adı çəkilən prokurorluq rəsmisinə dəfələrlə bildirib və oğluna verilən vəzifə onu qane etməyib. Onun dediyinə görə, bundan sonra problemlər başlayıb, oğlu dəfələrlə izlənilib, işlədiyi yerdə problemlərlə üzləşib və nəticədə Türkiyədə məzuniyyətdə olduğu zaman zəhərlənərək öldürülüb. Çarəsiz qalan ata Əli Nağıyevin barəsində ölçü götürülməsi üçün prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və baş prokuror Zakir Qaralova müraciət edib.

Hüquq-müdafiəçisi Elçin Məmməd mətbuata açıqlamasında bildirib ki, baş vermiş cinayət hadisəsinin gizlədilməsi üçün bəzi media orqanlarında Bəybala Hüseynovun ittihamının yalan olduğu, Emin Hüseynovun guya xəstəlikdən dünyasını dəyişdiyi barədə məlumatlar dərc etdirilir: “Baş Prokurorluğun yaydığı bəyanatda Emin Hüseynovun “Dövlət Qulluğu Haqqında” Qanuna uyğun olaraq işə qəbul edildiyi, “Lara Delphin Be Grand” otelinin idman zalında idmanla məşğul olduğu zaman yıxılaraq huşunu itirdiyi, bir neçə gün xəstəxanada stasionar şəraitdə müalicə olunmasına baxmayaraq öldüyü qeyd edilir. Digər tərəfdən, Emin Hüseynovun qaynanası Aygün Mövsümova mətbuata verdiyi müsahibədə mərhumun qara ciyər xəstyəsi olduğu, iki dəfə əməliyyat keçirdiyi və mədəsində qansızma baş verdiyini deyir. Burada həm Baş Prokurorluq, həm də Aygün Mövsümova  bilərəkdən və ya bilməyərəkdən Korrupsiyaya Qarşı mübarizə İdarəsində qanunsuzluğa yol verildiyini etiraf edib. Əgər Emin Hüseynov ölümcül xəstə idisə, o halda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsi onu işə qəbul etməklə “Dövlət Qulluğu Haqqında” Qanunun tələblərini pozub. Bu halda qanun pozuntusuna yol verdiyinə görə, Respublika Prokurorluğu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətli şəxslərini məsuliyyətə cəlb etməlidir.  Bəybala Hüseynov da təsdiq edir ki, həmin idarənin rəis müavini hərbi xidmət keçməmiş Emin Hüseynovu prokurorluq orqanlarında işə qəbul etməklə ona rütbə verilməsini təmin edəcəyinə söz verib. Onu da qeyd etməliyəm ki, Bəybala Hüseynov oğlunun əməliyyatdan sonra səhhətində problem olmadığını və özünü çox yaxşı hiss etdiyi deyir. Belə olan təqdirdə, Emin Hüseynovun xəstəllikdən vəfat etməsi barədə Baş Prokurorluğun iddiaları öz təsdiqini tapmır.”

Digər tərəfdən Baş Prokurorluq Emin Hüseynovun zəhrələnməsini müəyyənləşdirmək üçün mərhumun cənazəsinin ekskumasiya edilməsinə Bəybala Hüseynovun razılıq vermədiyini bildirir. Müəmma doğuran hallardan biri də Baş Prokurorluğun və Aygün Mövsümovanın müxtəlif KİV-lərdə eyni vaxtda oxşar açıqlamalar yaymasıdır. Hər iki tərəf meyitin ekskumasiyaslna dair istintaq hərəkərlərinə Bəybala Hüseynovun mane olduğunu iddia edir. Ancaq Antalya prokurorluğunun təqdim etdiyi rəydə və xəstəxananın verdiyi analizlər Emin Hüseynovun zəhərələndiyini təsdiq edir. Buna baxmayaraq, Baş Prokuroluq və Aygün Mövsümova Türkiyə tərəfinin verdiyi dəlill-sübutlarla bağlı danışmaq istəmir. Qəribədir ki, hüquq-mühafizə orqanı olan Baş Prokurorluq  cinayət faktını araşdırmaq, prosesdə adı hallan şəxslri istintaqa cəlb etmək əvəzinə bəyanat verməklə məşğul olur. Bütün bunlar təkzib xarakteri daşıyan həmin müsahibələrin və bəyanatların mətbuata müəyyən dairələr tərəfindən ötürüldüyünü və sifarişlə dərc edildiyini göstərir. Emin Hüseynovun ölümündə cinayət əməlinin olmadığına dair rəy yaratmaq məqsədi daşıyan məlumatların mətbuata sifarişlə ötürüldüyünü təsdiq etmək üçün həmin materialların məzmununa nəzər salmaq kifayət edir.

“Əslində verdiyi sərsəm bəyanatlar, absurd ittihamlarla “sarı” mətbuatın “kövrək” qəhrəmanlarından birinə çevrilən Badamdar bələdiyyəsinin sabiq sədri Bəybala Hüseynov özünü “qurban” qismində təqdim etməklə daha böyük güclərin çirkin maraqlarının “qurbanlığı” olduğunu sərgiləyir”. Mətndən də göründüyü kimi, bəyanat xarakterli belə məqalə və müsahibələr cinayət faktının ört-basdır etməyə çalışan qüvvələrin maraqlarına xidmət edir. Hüquq-müdafiəçisi bildirib ki, bütün bunlar gerçəkliyi əks etdirmir və baş vermiş cinayətin üstünün açılmasından diqqəti yayındırmaq məqsədi daşıyır.(yukselis.info)

Səbinə MƏMMƏDLİ

Bu yazını paylaş

Cəlilabadda iflic vəziyyətə salınan səhiyyə sistemi… – İTTİHAM

Next Story »

Qubanın icra başçısı Ziyəddin Əliyevin korrupsiya əməllərini ifşa edən yeni faktlar-VİDEO/FOTO

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.