Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 533

Hüquq müdafiəçisi Respublika Baş Prokurorluğunu ifşa etdi-ŞOK GƏLIŞMƏ

Oqtay Gülalıyev Baş Prokurorluğunun Emin Hüseynovla bağlı açıqlamasına çətin suallarla cavab verdi. Həmin yazını olduğu kimi təqdim edirik:
“Nəhayət ki, Respublika Baş Prokurorluğunun Mətbuat Xidməti bu gün iş adamı Bəybala Hüseynovun oğlu, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı Emin Hüseynovun müəmmalı ölümü ilə bağlı açıqlama yaydı. Əslində bu açıqlama çoxdan olmalı idi. Amma təəssüf ki, bu açıqlama suallara aydınlıq gətirmək əvəzinə yeni suallara yol açdı. Belə ki, açıqlamada deyilir:
1. “Mərhum Emin Hüseynov “Dövlət qulluğu haqqında” qanuna müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə 2015-ci ildə qanunvericiliyə tam uyğun şəkildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir”.

Amma açıqlamada daha sonra ziddiyyətli fikirlər yer alır: “…mərhumun səhhəti ilə bağlı əziyyət çəkçməsi, 2013-cü ildə qaraciyər transplantasiyası, 2017-ci ildə daxili qanaxma diaqnozu ilə əməliyyat keçirməsi..” qeyd olunur. Atası Bəybala Hüseynovun verdiyi məlumata görə isə oğlunun səhhətində problemlər olduğuna görə hərbi xidmətdə yarasız hesab olunub. Prokurorluq bu suala cavab verməlidir: niyə səhhətində ciddi problemlər olan, hərbi xidmətə yararlı olmayan şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi kimi mühüm və məsul bir idarədə dövlət qulluğuna qəbul olunub? Doğurdanmı adı çəkilən idarə vətəndaşların işə qəbulu ilə bağlı bu qədər səxavətlidir və sabah istənilən belə şəxsi iş qəbul edərmi?
2. Prokurorluğun açıqlamasında Bəybala Hüseynovun oğlunun işə qəbulu üçün idarənin rəis müavini Əli Nağıyevə verdiyi 200 min ABŞ dolları rüşvətinə niyə aydınlıq gətirilmir? Səhhətində ciddi problem olan şəxsin işə qəbulunda rüşvət halı olmayıbsa niyə açıqlamada bu barədə hər hansı qeyd yoxdur? Bu ağır ittiham əsassızdırsa niyə ittihamın müəllifi Bəybala Hüseynov haqqında ölçü götürülmür?
3. Açıqlamada qeyd olunur ki, “mərhumun meyitinin ekshumasiya edilməsi (meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmaqla müayinə edilməsi) və zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsi xahiş edilsə də, ölmüş şəxsin qanuni nümayəndəsi qismində çıxış edən mərhumun atası Hüseynov Bəybala Qaraş oğlu Baş Prokurorluğa ərizə ilə müraciət edərək bu istintaq hərəkətinin keçirilməsinə razılıq verməmişdir”. Amma Bəybala Hüseynov bildirib ki, Respublika Prokurorluğu oğlunun ölümününü araşdırılması ilə bağlı zamanında zəruri addımlar atmayıb. Qəbrin eksumasiyası məsələsi ölüm hadisəsinin üzərindən 8 ay keçəndən sonra meydana gəlib. Bəybala Hüseynov bildirir ki, prokurorluğun bu müddətdən sonra etdiyi müraciət əslində cinayətin açılmasına yox, ört- basdır edilməsinə yönəlmişdi. Ona görə də müraciətə müsbət cavab verməmişdi. Çünki tibbi nöqteyi nəzərdən zəhərlənmənin təsiri 6 aydan sonra öz qüvvəsini itirir.
4. Açıqlamada göstərilir ki, mərhumun ölümünə milli və beynəlxalq səviyyədə aydınlıq gətirilməsi üçün qonşu Türkiyə Cümhuriyyətinə müxtəlif soğru və məktublar göndərilmişdir. Amma mərhumun atası bu iddiaları təkzib edərək bildirir ki, Azərbaycan tərəfi ölüm faktının araşdırılması üçün heç bir addım atmayıb və qonşu ölkəyə hər hansı soğru göndərilməyib (!?). O sübut kimi bu günə qədər göndərilən məktubların ortada olmadığını, hüquqi varis kimi ona təqdim edilməməsini qeyd edir.

5. Açıqlamada qeyd olunur ki, mərhumun ölümü ilə bağlı Türkiyədə cinayət işi açılıb. Maraqlıdır, niyə Baş Prokurorluq öz əməkdaşının müəmmalı, zəhərlənmə iddiası olan ölümü ilə bağlı ötən 2 ildə cinayət işi açmayıb, istintaq üçün zəruri olan digər addımları atmayıb və s…

Dövlətin onurunu bu qədər zədələməyin, nüfuzdan salmayın. Bu cür iddialara son qoymaq, işin obyektiv və hərtərəfli aparılması üçün cinayət işi açılmalı, mərhumun atası başda olmaqla bütün maraqlı tərəflərin izahatı alınmalı, zəruri istintaq hərəkətləri aparılmalıdır. Yoxsa mərhum Emin Hüseynov kimi günahsız, məsum insanların müəmmalı ölümü ilə bağlı məsuliyyətin böyük bir hissəsi Respublika Prokurorluğunun üzərində qalacaq…”

azel.tv

Bu yazını paylaş

Məmurlar tərəfindən oğlu öldürülən ata prezidentə müraciət etdi

Next Story »

Rövnəq Abdullayevin oğlunun Türkiyədəki varidatı: Şirkətlər, otellər, restoranlar, əyləncə mərkəzləri, daşınmaz əmlak biznesi..

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.