Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 223

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax fırıldağı-VİDEO/FOTO

AZEL.TV-nin emailinə bir neçə Yevlax sakinkəri müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi təqdim edirik.
Yazıb sizə bildirirəm ki, mən Mahmudov Sərvər Mahir oğlu, 2 uşaq atasıyam. Gələcəyin əsgərini bu gün tərbiyəli şəkildə böyüdürəm. Elə başa düşürəm ki, sizlər də bizləri başa düşərsiniz. Mən 05.23.2018ci il tarixdə Yevlax rayon məşğulluq mərkəzində işsiz kimi qeydiyyata düşdüm. Həyatyanı sahəmdə əlverişli şərait olduğu üçün özünüməşğulluq proqramına qoşuldum. 1ay kurslara getdim. İmtahanlardan uğurla keçdim. Biznes planımda 5000 manat dəyərində iki, yanı balalı heyvan qeyd edilmiş öz seçimim ilə. 01.01.2018ci il tarixdə Cənab Prezdentin qərarına uyğun olaraq 7000 min ailəyə 35.8 milyon vəsait ayrıldı.

 

 

 

13.08.2018-ci il tarixdə özlərini ƏƏSMN-nin nümayəndəsi kimi tanıdan bir qrup şəxs “Tır” yük avtomobilinə doldurulmuş şəkildə xəstə, iqlim şəraitə uyğunlaşa bilməyən iri buynuzlu mal gətirdilər. Biz bu malların qiymətini soruşduqda dedilər ki, malların hər biri 2500 manatdır. Bazarda isə bu malların qiyməti 700-800 manat ancaq olar. Biz bu malları götürmədik. Gələnlər heç bir sənəd filan da təqdim etmirlər, ad soyadlarını da gizlədirlər. Bu insanlar mal bazarının fırıldaqçıları çıxdılar. Bununla bağlı çox yerlərə ərizələr göndərdik, lakin heç bir ərizə, şikayətlərimizə baxılmadı. Bu şəkil və videonu efirinizdə verməyinizi xahiş edirik.
Öncədən sizə öz təşəkkürümüzü bildiririk.
Yevlax rayon Malbinəsi kənd sakinləri, şikayətçilər – Mahmudov Sərvər Mahir oğlu, Sadiq Qurban oğlu, Vaqif Barad oğlu, Nağı Şakir oğlu və digər şəxslər.

AZEL.TV

Bu yazını paylaş

Qubanın icra başçısı Ziyəddin Əliyevin korrupsiya əməllərini ifşa edən yeni faktlar-VİDEO/FOTO

Next Story »

Göygöldə “Məkan” çay evi, yoxsa başçı Arif Seyidovun qaranlıq “Məkan”ı ???-VİDEO/FOTO

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.