Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 355

Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başladı- FOTOLAR

Azel.tv xəbər verir ki, bu gün Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başladıb.

İlk olaraq Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı sayın Kemal Kılıçdaroğlu ilə Bəyaz Hərəkat başqanı Hürrü Əliyev arasında 40 dəqiqəlik geniş müzakirələrin aparıldığı görüş keçirildi. Görüş əsnasında daxili və xarici siyasət, Dağlıq Qarabağ mövzülarını öndə tutan Hürrü bəy, Türkiyənin açıq şəkildə iradəsini göstərməsinin mütləq olduğunu bildirdi. Səmimi keçən görüşdə Kemal Kılıçdaroğlu Bəyaz Hərəkat və CHP əlaqələrinin daha da yaxınlaşacağını, iki partiya arasında bütün sahələrdə siyasi-mədəni əlaqələrin genişləndiriləcəyini qeyd etdi.
Görüşün sonunda Hürrü Əliyev Kemal bəyə Əbülfəz Elçibəyin əsərlərinin cəmləndiyi “İstiqlal, Hürriyyət, Bütövlük Strategiyası” kitabını hədiyyə etdi. Kılıçdaroğlu isə öznövbəsində Atatürk adına Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi hazırlanmış hədiyyəni Hürrü Bəyə təqdim etdi.
Azərbaycanın milli problemlərinin həll olunmasında “Varlığımızla Sizinləyik” deyən CHP nümayəndələrinə xüsusi minnətdarlığını bildirən Hürrü bəy görüşdən yüksək razılığını bildirdi.

AZEL.TV

 

Bu yazını paylaş

Baş Prokurorluq rüşvət faktını niyə gizlədir?

Next Story »

Məhkəmə DTX rəisi ilə bağlı şikayəti qəbul etmədi

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.