Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 632

Baş Prokurorun adamı türk iş adamına “atdı” FOTO/VİDEO

“O, doğurdan da əmisinə güvənirdi, əgər belə olmasaydı o qədər maşını hərrac yolu ilə sata bilməzdi” Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı dövlət məmuru ilə işbirliyinin qurbanı olub. Təxminən 10 ildir Azərbaycanda yaşayan Nəcati Ələmana Azel.tv-e saytına bildirib ki, 2017-ci ilin iyun ayında Xətai Rayon İcra Şöbəsinin icra məmuru Fərid Arif oğlu Cəlilov və onun köçəkçisi Ceyhun Qənbərovla tanış olub.

İş adamının sözlərinə görə, icra məmuru borclu insanların avtomobillərinin hərrac yolu ilə alqı-satqısı işini təklif edib:
“Gəlirin yüksək olacağını düşündüyümdən razılaşdım. Bu işdə 3 nəfər olduq. Bu işdə mən ancaq pulu ödəyəcəydim, gəlirin 30 faizinə şərik olacaqdım. Beləcə, işbirliyimiz başladı, Fərid bir neçə avtomobili hərrac yolu ilə çıxararaq satdı. Bundan sonra

normal qazanclarımız oldu, mənə müəyyən məbləğdə pullar da verildi. Hətta güvənimi qazanmaq üçün bahalı Porsche Panamera markalı avtomobili gətirib həyətimə qoydu. Həmin vaxt işə 125 min məbləğində pul xərcləmişdim. Mənim həyətimdəki, eyni zamanda sürdüyüm avtomobilin də qiyməti 70 min manat dəyərində idi. Ona görə də güvənim artdı. İşimizin üçüncü ayın sonunda məlum oldu ki, Porsche-nin sənədi saxtadır.

Fərid Cəlilov

Bundan sonra onlarla yollarımı ayırdım. Hesablaşmamızın bitməsi üçün əlimizdə olan 7 bahalı avtomobilin mənə verilməsini istədim. Fərid Cəlilov və Cehyun Qənbərov müxtəlif bəhanələrlə zaman qazanmaq üçün məni davamlı təhdid etdilər. Fərid Cəlilov son dəfə dedi ki, əmim Baş proroluqda böyük vəzifədə çalışır. Heç kim mənə nəsə edə bilməz. Əgər belə gücüm olmasaydı, bu qədər hərracları uda bilməzdim. Mən bir az çəkindim. Lakin Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim. Fərid dövlət qulluqçusu olduğundan materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinə göndərildi. Bundan sonra Fərid Cəlilov ədliyyə sistemindən xaric edildi”.

N.Ələmana deyir ki, sonradan F.Cəlilovun əmisi həqiqətən də Baş Prokurorluqda yüksək nüfuza malik olduğunu öyrənib: “Onun əmisi Yusif Cəlili Baş Prokuror Zakir Qaralovun köməkçisi işləyib. 2011-ci ildə isə Xaçmaz rayonuna prokuror təyin olunub. Fərid bir dəfə yanımda əmisinə zəng etdi. Əmisi onun Xətai rayon Polis İdarəsində ciddi işini həll etdi. Fərid doğurdan da əmisinə güvənirdi, əgər belə olmasaydı o qədər maşını hərrac yolu ilə sata bilməzdi”.

Nəcati Ələmana

İş adamı qeyd edib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev fakt əsasında cinayət işi açdı və araşdırılmasını müstəntiq Rəfail Süleymanova həvalə etdi: Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 308.2-ci maddələri ilə cinayət işinin istintaqı davam edir. Lakin istintaqın gedişində müstəntə güvənziliyim yaranıb. İstintaqdakı durğuluq məndə Fəridin əmisinin buna təsiri olduğu ehtimalını verib. Bir-iki dəfəistintaqda Fəridlə görüşdüm, özündən çıx razı idi. Müstəntiq məndən heç bir əlaqəsi olmadığı halda, pulları Türkiyədə necə qazandığımı soruşdu. Mən Fəridin unuformasına görə inanmışdım. Dövlət adamı idi. 123 min manat vermişdim. Bu gün mənim müflis olmağım nə Azərbaycan, nə də Türkiyə üçün düzgün deyil. Belə qardaşlıq olmaz”.

 

VİDEO

Bu yazını paylaş

Pərviz Şahbazov və Fikrət Məmmədov yola salınır?

Next Story »

Mehriban xanım Əliyevaya oğlunun öldürüldüyünü iddia edən Bəybala Hüseynovdan müraciət

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.