Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 654

“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam…” – İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)

“Oğlum ölümündən 15 dəqiqə qabaq anası ilə telefonla danışarkən deyib ki, düşməni Əli Nağıyev və Fuad Rəsulovdur. Anası da deyib ki, telefonda ad çəkmə, atanla danışarsan. 15 dəqiqə sonra gəlib Eminə zəng etdim, artıq o ölmüşdü, komada idi, danışa bilmirdi. Cənazəni Azərbaycana gətirəndən sonra oğlumun sözünü xatırladım. Axı o demişdi düşmənim Əli Nağıyev və Fuad Rəsulovdur. Telefonu götürdüm ki, dostlarına nəsə yazıb deyə baxım. Baxdım ki, gəlinim Eminin telefonunda olan bütün məlumatları silib. Oğlumun ikinci telefonunu isə gəlinimin xalası oğlu dənizə atıb. Gəlinim, bir gün toparlanaraq evimdən qaçdı”.

GundemXeber.Az bildirir ki, bu fikirləri Criminal.az saytına Türkiyədə müəmmalı şəkildə ölən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mərhum əməkdaşı Emin Hüseynovun atası Bəybala Hüseynov deyib. Bildirdi ki, oğlunun müəmmalı ölümündən 19 ay keçib, bu müddət ərzində aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət etsə də, heç bir addım atılmayıb.

“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)

Əli Nağıyev

B.Hüseynov uzun müddət şirkət rəhbəri olub. 2005-2012-ci illərdə Badamdar bələdiyyəsinin sədri olub. Həmin müddətdə hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini işləyən Əli Nağıyevlə münasibəti yaranıb və oğlu Emin Hüseynovun işə düzəldilməsində də onun rolu olub: “Bakı Dövlət Universitetlnin hüquq fäkültəsində ali təhsilini başa vurmuş övladım Emin Hüseynovu münasib bir işə düzəltmək məqsədlə 2014-cü ildə əvvəllər Əli Nağıyevlə görüşübfikirimi ona çatdırdım. Ümumi söhbət əsnasında oğlumun həqiqi hərbi xidmətdə olmadığını da vurğuladım. O halda general Əli Nağıyev dedi kı, “Mən yuxan ilə məsləhətləşib sənə bir söz deyərəm”. Bir-iki ay keçdikdən sonra o, məni yanına çağırıb “İşi danışmışam, 200 min ABŞ dolları məbləğində pul istəyirlər” dedi. O halda bir az tutuldum və pulu necə düzəldəcəyimi fikirləşdim. Həmin an Əli Nağıyev dedi ki, “Fikirləşməyin yeri yoxdur, pul verilməlidir”. Mən ona həmin pulu bir dəfəyə verə bilməyəcəyimi, yarı-yarı düzəldib verəcəyimi dedikdə, o, mənimlə razılaşdı. Çox keçmədi ki, qohum-əqrəbadan, dost-tanışdan borca pul götürüb həmin məbləği generala çatdırdım və “oğlumun işi nə olacaq?” deyə ona sual etdim. O cavabında bildirdi ki, “Oğlun əvvəlcə texniki işçi, bir ildən sonra isə rütbə verilməklə müstəntiq vəzifəsinə işə keçiriləcək”.

“Kamran Əliyev həyəcanlı halda dedi ki, yəqin bizdən şübhələnməzsən eləmi?”

“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)

Kamran Əliyev

B.Hüseynovun sözlərinə görə, oğlunun ölümündən bir neçə gün qabaq iş otağı boşaldılıb və bu, onda böyük şübhələr yaradıb. Daha sonra oğlu həyat yoldaşı ilə Türkiyənin Antalya şəhərinə istirahətə yollanıb. İstirahətinin bitməsinə bir gün qalmış, 18 avqust 2017-ci il tarixdə müəmmalı şəkildə ölüb. Övladını itirən ata oğlunun ölümündə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyini ittiham edir:
“Eminin ölümündən sonra Əli Nağıyevin qəbuluna getdim. Dedim ki, oğlumun ölümü ilə bağlı gəlmişəm, O, idarəsinin rəisi Kamran Əliyevə zəng edərək mənim onunla görüşmək istədiyimi dedi. Biz Kamran müəllimin otağına gedəndə o, qapının yanında var-gəl edərək gəzirdi. Kamran Əliyevə bildirdim ki, oğlumu Türkiyədə zəhərləyib öldürüblər. Mənə həyəcanlı halda dedi ki, yəqin bizdən şübhələnməzsən eləmi? Başqa söz demədim, mənim ordan rahat çıxmağım lazım idi. Əli Nağıyev dedi ki, ərizə yazmayım, qeyri-rəsmi araşdıracaq. Bildirdim ki, Əli müəllim, oğlumun cib telefonu itməyib ki, bu işi çöldən-çölə araşdırasınız. Ortada cinayət var, Baş prokurora müraciət etmək lazımdır ki, cinayət işi açılsın. Onlara dedim ki, şübhəm Əli Nağıyev və Kamran Əliyevdəndir. Əgər həqiqətən də bu iş sizlik deyilsə, cinayət işi açıqlsın və işin məsuliyyəti sizdən uzaqlaşsın. Amma artrıq dəqiqləşib ki, bu işin başında Korupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyi dayanıb”.
B.Hüseynov ehtimal edir ki, oğlumun ölümünün əsas səbəbi onun işə götürülməsi zamanı alınmış 200 min dollar rüşvətdir. Məqsəd işə qəbuldakı qanunsuzluğun izini itirmək, oğlunun ştatın boşaldıb yerinə başqa adam götürmək olub, bunu da ediblər”.

“Gəlinim Elfira və onun anası məni otağa çağırıb dedi ki…” 

“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)

Emin Hüseynov və Elfiranın toyu

Sabiq bələdiyyə sədri oğluna qarşı sui-qəsddə öz gəlini Elfira Hüseynovadan da şübhəli olduğunu gizlətmədi: “Bir gün evə gəldim. Gəlinim Elfira və onun anası məni otağa çağırıb dedi ki, sənin xəbərin varmı Emin çox narahatdır, qorxur. Sizdən gizli saxlayır, amma mən qızıma demişəm ki, bu məsələni açıb desin. Bir gün Eminin başına iş gələcək, sənin üstündə qalacaq. Dərhal oğluma zəng edərək narahatlığının səbəbini soruşdum.

“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)

Dedi ki, bir gün maşını dayanacaqdan götürəndə gözətçi ona deyib ki, bura bir maşınla 4-5 nəfər gəlmişdilər. Oğlumun şəklini göstəriblər. Sonra oğlum həmin şəxslərin və avtomobillərinin şəklini təhlükəsizlik kamerasından çıxarmışdı. Həmin şəkilləri işlədiyi idarədə şöbə müdiri Şərafət müəllimə də təqdim etmişdi. Sonra özüm dayanacaqdakı gözətçi ilə görüşmək istəsəm də, o artıq işdən uzaqlaşdırılmışdı”.

“Gəlinim, bir gün toparlanaraq evimdən qaçdı. Bu cinayətin içərisində çox adam var, ona görə də hər kəs ehtiyat edir”-deyə B.Hüseynov gəlininin də sui-qəsdin izini itirməkdə rolu olduğunu iddia edib: “Oğlumu Azərbaycanda öldürmək istəyiblər, baş tutmadığına görə Türkiyədə həyata keçiriblər. Gəlinimdən Türkiyədə ifadə alıblar. Həmin ifadəni oxuyub xəcalət çəkdim. Gəlinim ifadəsində deyib ki, Emin izlənməsindən xəbərsiz olub. Hansı ki, məni ilk olaraq onlar çağırıb otaqda Eminin başına bir iş gəlsə bizdən şübhələnmə mesajını veriblər. Çalış qarşısını al. Demək gəlinimi məcbur edib yazdırıblar. Telefonlardan hər şeyi sildirən, gəlinimə bu cür ifadələri yazdıranlar yəqin Baş Prokurorluğun içərisindədir”.

“Oğluma qarşı edilmiş sui-qəsddə köməkçi rolunda Yeganə xanım gedir” 

“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)

Yeganə Nağıyeva

B.Hüseynov hesab edir ki, oğlumun ölümündə sifarişçilərin istifadə etdikləri şəxslərdən biri də, onlara istirahət üçün turpaketi təşkil edən “Avanqard Travel” turizm şirkətinin direktoru Yeganə Nağıyevadır. Onun fikrincə, oğluna qarşı sui-qsəd planı həmin şirkətdən başlamışdı:
“Səs yazıları da var, onları təqdim edəcəm. Yeganə Tağıyeva da onlar tərəfdəndir. Yeganə xanım bu işin başındadır. Oğluma qarşı edilmiş sui-qəsddə köməkçi rolunda Yeganə xanım gedir. Oğlumu aldadıb dənizə aparan, hadisə baş verəndən hər şeyin təşkilatçısı Yeganə xanımdır. Həmin xanım heç bir əsas olmadan oğlum istirahətdə olduğu zaman, ona mənbəyi və mənşəyi bəlli olmayan yaxtatur gəzintisi hədiyyə edir və oğlumun zəhərləndirilməsi də həmin anlarda baş verir. Bu günə qədər Yeganə Nağıyeva bunu nə üçün etdiyini, kimlərin sifarişi olduğunu və kimlər tərəfindən həyata keçirildiyini heç bir halda açıqlamır. O, əsas gətirir ki, “Mən heç kimin adını verə bilmərəm, heç kimə problem yarada bilmərəm və sən bu işi məhkəməyə ver, o halda mən adları məhkəmədə açıqlayacağam” deyir.

“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)

Bunları təsdiq edən audio-səs yazıları da var. Nə qədər çalışsam da, mən bu günə qədər onun ifadəsini aldıra bilmirəm. Yeganə xanım bu gün də açıqlaya bilmir ki, bu hadisə necə baş verdi, kim tərəfindən edildi. Əslində oğlum istirahətə heç getmək də istəmirdi. Onun həyat yoldaşı necə oldusa, Emini bu işə razı saldı. Hətta oğlum bir dəfə etiraz etmək istəyəndə, qaynanası dedi ki, qızım kiməsə söz verib. Amma kimə söz verib? Niyə mütləq getməli idi? Mən çox narahat idinm və istəmirdim oğlum getsin”.

“Mənə çatdırdılar ki, lazım gəlsə sizin Türkiyədəki vəkillərinizi də aradan götürə bilərik”

“Əgər oğlumun ölümünün başında yüksək vəzifəli məmurlar olmasaydı, işin üstü çoxdan açılmışdı” deyən B.Hüseynov əslində böyük ittihamlar səsləndirdiyini qəbul etməklə yanaşı, bunun təmizlənməsinin vacibliyini vurğulayıb:
“İttiham etdiyim şəxslər özləri maraqlı olmalıdır ki, cinayət işi açılsın. Amma onlar bilirlər ki, cinayət işi açılsa, bunların adları hallanacaq. 2 ildir araşdırma aparıram. Türkiyədə təhlükəsizlik xidməti əməkdaşı mənə bu işin araşdırılmasına kömək edəcəyinə söz vermişdi. Sonradan Türkiyədəki vəkilimə dedi ki, bu işin başın buraxsınlar, dövlət səviyyəsində olan ölümdür. Çox pis oldum ki, axı mənim oğlumu öldürməyi dövlət adamları niyə sifariş etsin ki… Mənə çatdırdılar ki, lazım gəlsə sizin Türkiyədəki vəkillərinizi də hər an aradan götürə bilərlər. Əvvəl inanmadım, amma sonda buna inandım. Mən də vəzifədə olmuşam, məndən də şikayətlər olub. Zəng edən kimi prokurorluqda olmuşam, ifadələr vermişəm. Amma iki ildir ölüm işi ortada, iş aparılmır. Türkiyə məhkəmə-tibbi ekspertinin rəyləri var ki, oğluma zəhər verilərək öldürülüb. Ölüm anındakı videosu da durur. İstənilən adam həmin videoya baxanda bilər ki, 10 saniyətə beyin ölümü inandırıcı deyil. Bu birbaşa zəhərlənmədir. Cinayətkarı axtaran yoxdur, çünki özləri bu işə bulaşıblar”.

“Bir oğlum vardı, onu öldürdünüz, bunun qisasını alacam” 

“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)

Emin Hüseynovun məzarı

“Mənə qarşı da hədə-qorxu gəliblər. Deyiblər səni də aradan götürə bilərlər. Güya onların arxasında bir ordu dayanır. Dövlətimə inanıram. İstəyirəm ki, bu məsələ prezidentə çatsın. Əminəm ki, dövlət başçısı bu hadisəyə biganə qalmayacaq. Bütün Azərbaycan görəcək ki, nəfsinə sahib çıxa bilməyən məmurların atdığı addım çox şərəfsizdir. Ən azı mənə deyə bilərdilər ki, pulu götürmüşük, amma oğluna rütbə verə bilmirik. Əli Nağıyevlə olan münasibətimə görə heç o pulun arxasında getməzdim də. Onların həmin pulu məndən almaq imkanları da çoxdur, təsir imkanları da. Respublikada elə bir yer yoxdur ki, Əli Nağıyevin sözü keçməsin. Çıxıb desin ki, cinayətkar bu adamlardır. Onlara da yazmışam ki, bir oğlum vardı, onu öldürdünüz. Bunun qisasını alacam. Bir çıxış yolum var, irəli etmək. Mənə hədə-qorxu gəlsələr də, geri dönməyəcəm. Dövlətimə inanıram, mənə rəhbərlik edən şəxs məni qorumalıdır. Dövlətimə arxalanmışam, bu gün də arxalanıram”-B.Hüseynov oğlunun qanının batırılmayacağına inandığını bildirdi.

Criminal.az saytı B.Hüseynovun ittiham etdiyi gəlini Efeyla Hüseynova və turizm şirkətinin direktoru Yeganə Nağıyevanın da fikirlərini öyrənib. Növbəti yazıda həmin şəxslərin E.Hüseynovun ölümü ilə bağlı fikirlərini, eyni zamanda ittihamlara cavabını təqdim edəcəyik.
Sonda əlavə edək ki, prokurorluq əməkdaşının müəmmalı ölümü ilə bağlı atasının ittihamlarına cavab almaq üçün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla iki gün ərzində əlaqə saxlamağa çalışsaq da, telefon zənglərinə cavab vermədi. Gün ərzində prokurorluğun münasibətini öyrənməyə çalışacağıq.

“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)
“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)
“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)

 

“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)
“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)
“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI (FOTO/VİDEO)

Bu yazını paylaş

Mehriban xanım Əliyevaya oğlunun öldürüldüyünü iddia edən Bəybala Hüseynovdan müraciət

Next Story »

MİLLİ MƏCLİSİN ÜZVÜ ADİL ƏLİYEVƏ VƏ ONUN “MEDAL”INA CAVAB!

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.