Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 233

Jurnalist Əfqan Sadıqova qarşı qaldırılmış məhkəmə iddiaları ilə bağlı beynəlxalq təşkilat və yerli QHT-nin birgə Bəyanatı

Hakimiyyət keçmiş siyasi məhbus Əfqan Sadıqova yenidın həbs etmək istəyir. Əfqan Sadıqlının azadlıqdan məhrum edilməsi üçün məhkəməyə müraciət edilib. Xatırladaq ki, Ə.Sadıqlı indiyə qədər bir dəfə siyasi məhbus həyatı yaşayıb və üç dəfə inzibati qaydada həbs edilib. O, sonuncu dəfə keçən ilin may ayında azadlığa çıxıb. Ancaq Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi Güllü İbadova jurnalistə qarşı məhkəmə iddiası qaldırıb.
Hesab edirik ki, Ə.Sadıqlının əleyhinə yönəlmiş ittihamlar jurnalistin məmur özbaşnalığı, vəzifəli şəxslərin korrupsiya halları ilə bağlı mediada və sosial şəbəkələrdəki çıxışları ilə bağlıdır. Belə ki, baş həkim Güllü İbadova özünün şikayət ərizəsində onun şərəf və ləyaqətinin 2019-cu il avqustun 27-də Ə.Sadıqlının təsisçisi olduğu “Azel.TV” kanalında qəsdən alçaldıldığını iddia edir. Baş həkim bildirir ki, telekanalda və facebook sosial şəbəkəsində onun Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ilə intim əlaqələrinin olması barədə məlumat yayılıb. Məlumatda həmçinin, A.Nəzərlinin Güllü İbadovanı özü ilə bərabər Ukraynaya məzuniyyətə apardığı, Ağcabədi rayonunda öz evinin yanında ona ev aldığı bildirilir.
Cəlilabad rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edən Güllü İbadova Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə Ə.Sadıqlının cinayət məsuliyyətinə cəlb edilməklə barəsində azadlıqdan məhrumetmə qərarının çıxarılmasını xahiş edib. Həmin prosesdə adı keçən Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli də Əfqan Sadıqllının qeyd edilən maddələr üzrə həbs olunması barədə iddia qaldırıb. Qeyd edək ki, CM-nin 147.1 və 148-ci maddələrinə görə, ən yüngül cəza 1500 manata qədər cərimədir. Ən ağır cəza isə 3 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov isə Ə.Sadıqlının cərimə olunması barədə iddia qaldırıb. Əfqan Sadıqlının özünün facebbok hesabında “Masallının Rafil Hüseynov bəlası. Monopoliya, cinayət, korrupsiya” başlıqlı videomaterialda nümayiş etdirilən məlumatları yalan və əsassız adlandıran icra başçısı Əfqan Sadıqlının ictimai təkzib verməklə üzr istəməsini, ona vurduğu mənəvi ziyana görə üç min manat təzminat ödəməsini istəyib.
Ə.Sadıqlıya qarşı ittihamlar əslində, siyasi diskriminasiya əlamətidir.

Onun icra hakimiyyəti orqanının rəhbərləri və adı onunla bərabər çəkilən vəzifəli şəxs tərəfindən məhkəməyə verilməsi bunu bir daha təsdiq edir. Əfqan Sadıqlıya qarşı hücumlar hakimiyyətin siyasi məhbus problemini həll etmək niyyətində olmadığını göstərir. Dəfələrlə həbs edilmiş, polis təzyiqinə məruz qalmış Ə.Sadıqlı yenə hakimiyyətin siyasi repressiyalarının hədəfinə çevrilib. Ona qarşı təzyiqlər isə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məmurların fəaliyyətinə qarşı tənqidi münasibəti ilə bağlıdır. Halbuki, Ə.Sadıqlıya qarşı yönələn ittihamlar Əsas İnsan Hüquq və Azadlıqlarına dair Avropa Konvensiyasının tələblərinə ziddir. Yəni bu, ölkədə söz və media azadlığının növbəti dəfə boğulmasıdır.
Avropa Şurası 18 ildir Azərbaycan hakimiyyətindən “Diffamasiya Haqqında” qanunun qəbul olunmasını, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin aradan qaldırılmasını tələb edir. Buna baxmayaraq, hakimiyyət Avropa Şurası qarşısındakı öhdəlikləri qulaqardına vurur. Çünki 147-ci və 148-ci maddələr müstəqil mətbuata, vətəndaş cəmiyyətinə və müxalifətə qarşı təziqləri həyata keçirmək üçün hüquqi silah kimi istifadə olunur. Vəzifəli şəxslər onlara qarşı yönəlmiş hər hansı tənqidi böhtan, şərəf və ləyaqətin təhqir edilməsi kimi yozaraq jurnalistlərin və fəalların həbsinə nail olur. Amma yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyən məmur bu təkzibi KİV vasitəsilə, yəni məhkəməyə müraciət etmədən də verə bilər.

O cümlədən, eyni yanaşmanı Əfqan Sadıqlı ilə bağlı məsələyə də aid etmək olar. Əfqan Sadıqlı barəsində məhkəməyə müraciət etmiş, Güllü İbadova, Aqil Nəzərli və Rafil Hüseynov həmin məlumatların həqiqəti əks etdirmədiyini bildirirsə, bunu “Azel.TV”-yə təkzib və sübutlar təqdim etməklə də aydınlıq gətirə bilərdi. Ancaq davamlı şəkildə siyasi repressiyalara məruz qalan Əfqan Sadıqlının bu dəfə də təzyiqlərə məruz qalması hakimiyyətin onu həbs etdirmək planlarından xəbər verir. Ona görə də, jurnalist Əfqan Sadıqlıya qarşı təzyiqlərə son qoyulmasını, əsassız tələblərlə onunla bağlı qaldırılmış məhkəmə iddialarının geri çəkilməsini tələb edirik.
Beynəlxalq İnsan Hüquqları Müdafiə Assosiasiyası (International Human Rights Protection Association)
“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi

Bu yazını paylaş

Müəmmalı şəkildə ölən prokurorluq işçisinə qarşı cinayət: Keçmiş həyat yoldaşı və qaynanasının həbsi tələb olunur

Next Story »

SHXÇDX-nin Ağdam rayon idarəsində möhlət vaxtı 1700 manata “satılır”- ŞOK OLAY SƏSYAZISI

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.