Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 772

Korrupsiyada ittiham olunan Əli Nağıyevlə bağlı Prezidentə müraciət edildi

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev
barəsində dövlət başçısı İlham Əliyevə məktub göndərilib. Bu barədə hüquq müdafiəçisi Elçin
Məmməd mətbuata açıqlama verib. Onun sözlərinə görə, müraciətin səbəbi Bakı şəhər sakini
Bəybala Hüseynovun mərhum oğlunun prokurorluq orqanlarında işə düzəlməsi üçün ondan tələb
olunan rüşvət faktının ədalətli araşdırılmasına kömək etməkdir. E.Məmməd qeyd edib ki,
hüquqlarını müdafiə etdiyi Bəybala Hüseynov oğlunu işə düzəltmək məqsədlə əvvəllər dostluq
münasibətində olduğu Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavininə 200 yüz min
ABŞ dolları rüşvət verdiyini iddia edir.
Hüquq müdafiəçisi hesab edir ki, məsələ ilə əlaqədar ortada kifayət qədər ciddi faktlar var və Əli
Nağıyevə qarşı korrupsiya ittihamı araşdırılmalıdır. “Bəybala Hüseynovun korrupsiya ilə mübarizə
aparan bir qurum rəhbərliyinə qarşı bu ittihamını araşdırmaq və cinayət qanunvericiliyinin
tələblərinə uyğun tədbirlərin görülməsi üçün Baş Prokuror Zakir Qaralova müraciət etmişik. Əli
Nağıyevin ittiham olunduğu məsələ korrupsiya ilə əlaqədar hüquqpozmadır və onun barəsində
Cinayət Məcəlləsinin 308.2 və 311.3.4-cü madddələri ilə cinayət işi açılmalıdır. Əli Nağıyevə
verilən rüşvət və bütün prosesləri əks etdirən məqamlarla bağlı ötən ilin dekabrında birinci vitse-
prezident Mehriban Əliyevaya müraciət edilib. Bundan sonra Prezident Administrasiyasından
ərizənin aidiyyatı üzrə baxılması üçün Baş Prokurorluğa göndərilib və nəticəsi barədə ərizəçiyə
məlumatın verilməsi bildirilib. Lakin prokurorluq tərəfindən həmin ərizədə əksini tapan korrupsiya
faktı bu günə qədər araşdırılmayıb və qeyd edilən fakt üzrə cinayət işi açılmayıb.” – deyə Elçin
Məmməd bildirib.
Hüquq müdafiəçisi xatırladıb ki, Azərbaycan "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti
haqqında", "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" Avropa Konvensiyalarına,
BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına qoşulub və korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsi məqsədi ilə bir sıra öhdəliklər götürüb. “Bu kimi hallar dövlətimizin dayaqlarını
sarsıdır və beynəlxalq nüfuzuna xələl gətirir. Qeyd edilən məsələnin ədalətli araşdırılmasına və
ittiham olunan şəxs barəsində ən qısa zamanda qanuni tədbirlərin görülməsinə göstəriş verməsini
ölkə başçısından xahiş etmişik. Hesab edirəm ki, cənab prezident məsələni ciddi nəzarətdə
saxlayacaq və korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə atılan addımlara kölgə salınmasına
imkan verməyəcək.” – deyə Elçin Məmməd bildirib.
Qeyd edək ki, mərhum Emin Hüseynov hüquq-mühafizə orqanlarında işə düzəlmək üçün yarasız
olsa da, rüşvət müqabilində Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə kargüzar-məsləhətçi
vəzifəsinə işə götürüblər. Lakin Bəybala Hüseynov ona verilən sözün yerinə yetirilmədiyini adı
çəkilən prokurorluq rəsmisinə dəfələrlə bildirib və yaranmış vəziyyət onu qane etməyib. Onun
dediyinə görə, bundan sonra problemlər başlayıb, oğlu dəfələrlə izlənilib, işlədiyi yerdə
problemlərlə üzləşib və nəticədə Türkiyədə məzuniyyətdə olduğu zaman zəhərlənərək öldürülüb.
Ekspert rəylərindən məlum olur ki, mərhum ona kənardan verilən ölümcül səviyyədə olan bir
zəhərli maddənin nəticəsində dünyasını dəyişib. Bəybala Hüseynov hesab edir ki, oğlunun hamıya
məlum olan zəhərlənməsi faktı onun ölümünün sifarişli olduğunu göstərir və verilən rüşvətin ört-
basdır edilməsinə, işə qəbulu zamanı buraxılmış qanunsuzluğun izinin silinməsinə xidmət edir.
Məsələ ilə əlaqədar qarşı tərəfin münasibətini də dərc etməyə hazırıq. Mövzunu gündəmdə
saxlayacağıq.
Səbinə MƏMMƏDLİ

Azel.tv

Bu yazını paylaş

“Beyləqan xanı” öz “vəzir-vəkilini” başına toplayıb… – İDDİA

Next Story »

PROKURORLUQ ƏMƏKDAŞININ ÖLÜMÜNDƏ HƏYAT YOLDAŞI VƏ TURIST ŞIRKƏTI RƏHBƏRININ ƏLI OLDUĞU DEYILIR

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.