Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 628

Ölkədə repressiyalar davam edir!

Hüquq müdafiəçisi Oktay Gülalıyev ölkədə baş verən repressiyalarla bağlı paylaşım edib. Oktay Gülalıyevin facebook statusunu diqqətinizə çatdırırıq.

Ölkədə repressiyalar davam edir!
Müsəlman Birliyi Hərəkatının üzvü Anar Cabbarov qardaş Türkiyədə həbs olunub ölkəyə gətirilir. Uzun müddət yeri gizli saxlanılır və nədə ittiham olunduğu bilinmir. Ardınca gənc fəal Orxan Baxışlı “kars”-a salınır. Bir çox siyasi məhbusların telefon danışığına və ailə üzvləri ilə görüşünə qadağa qoyulur…

“Gəncə işi” ilə bağlı həbs olunanlar 8 aylıq fasilədən sonra hakim və cəmiyyət önünə qatı cinayətkar kimi, qolları qandallı çıxarılır və məhkəmə sonuna qədər bu vəziyyətdə saxlanılırlar…

Bu gün isə Apellyasiya məhkəməsində məlum olur ki, həbsdən yenicə çıxmış, 30 sutka inzibati həbs cəzasına məruz qalmış “heykəl məhbusu” Bayram Məmmədov saxlandığı zaman ötən 2 gündə ağır işgəncələrə məruz qalıb. Bu gün fədakar xanım jurnalist Sevinc Sadıqova Prezident Administrasiyasının qarşısında çəkiliş edərkən polislər tərəfindən fiziki zorakalığa və qeyri- insani münasibətə, eləcə də təhdidlərə məruz qalıb və s.

Bütün bunlar son bir neçə günün statistikasıdır. Zorakalığa, qanunsuzluğa, işgəncəyə yol verənlər isə cəzalandırılmır…

Repressiyaları durdurmaq, şahın qanun deyil, qanunların şah olduğu məmləkətdə yaşamaq istəyirsinizsə etiraz səsinizi qaldırın. Susmayın, Milli Şuranın 06 aprel, Musavat partiyasının 07 aprel mitinqinə gəlin və birlikdə repressiyalara, talana “yox” deyək. Siyasi məhbuslara azadlıq tələb edək! Unutmayaq ki, bu vətən bizimdir. Onu biz qorumalı, dəyişməli və irəli aparmalıyıq!

Oktay Gülalıyev adlı şəxsin şəkli.
Oktay Gülalıyev adlı şəxsin şəkli.
Oktay Gülalıyev adlı şəxsin şəkli.
Oktay Gülalıyev adlı şəxsin şəkli.
Azel.tv

Bu yazını paylaş

Azərbaycanda xanım jurnalisti bu vəziyyətə saldılar – FOTO VİDEO

Next Story »

Baş Prokurorluq əməkdaşının müəmmalı ölümü Rüstəm Usubovu hərəkətə gətirdi – FOTO/VİDEO

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.