Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 3642

Pərviz Şahbazov və Fikrət Məmmədov yola salınır?

Energetika naziri Pərviz Şahbazov iki illik təyinatdan sonra az müddətdə bu
nazirliyin işini bərbad hala salmış, oranı portfelsiz nazirlik halına gətirmişdir. Natiq
Əliyevdən sonra belə bir mühüm vəzifəyə bu sahədən xəbərsiz Pərviz Şahbazov kimi
səriştəsiz birisinin gətirilməsi o vaxt hamını təəccubləndirmişdir.
Eyni zamanda uzun illərdir, Ədliyyə naziri Fikrət Məmmədov bu nazirliyə
rəhbərlik edir. Bu zaman müddəti artıq 20 ili ötmüşdür. Burada illər boyudur ki,
həllini gözləyən problemlər üst-üstə yığılmışdır. Təsadüfi deyil ki, son zamanlar
Prezident İlham Əliyevin bölgələrə səfəri zamanı vətəndaşların verdiyi şikayət
ərizələrinin əksəriyyəti bu nazirliyin yarıtmaz işi ilə bağlıdır. Ölkədə məhkəmələr,
penitensiar xidmət və məhkəmə hüquq sisteminə daxil olan digər sahələr
rüşvətxorların, dövlət əleyhinə işləyənlərin əlindədir. Prezidentin Məhkəmələrlə bağlı
son sərəncamını da nəzərə alsaq görəririk ki, bu sahədə problemlər artıq cox ciddi
xarakter alıb. Bu da ona əsas verir ki, Fikrət Məmmədov bir nazir kimi öz işinin
öhdəsindən gələ bilmir və Prezidentin etimadını tam itirmişdir. Onun yola salınması
artıq labüddür.

Fikrət Məmmədov
Son zamanların təyinatlarına nəzər yetirsək, Prezidentin yeni hökuməti dövlət
strukturlarından, daha doğrusu köhnə komandadan deyil, kənarda çalışıb işləyən gənc
perspektivli kadrlardan formalaşdırdığının şahidi olarıq. Onun bu günlərdə çıxışı
zamanı söylədiyi yeni struktur dəyişiklikləri və islahatlar barədəki tezisləri də bunu
bir daha sübut edir.
Mənbəyimizdən əldə etdiyimiz məlumata görə son günlər Azərbaycanda tez-tez
görünən və Türkiyədəki iş fəaliyyətini buraxıb Azərbaycana dəvət olunan və dövləti
vəzifəyə təyinat gözləyən gənclərdən biri də mərhum Energetika Naziri Natiq
Əliyevin oğlu Fərhad Əliyevdir.
Mediada ölkə məşhurlarıyla sıx-sıx adı hallanan Fərhad Əliyev mənbənin
dediyinə görə Türkiyədə uzun illər milyonlarla dollarlıq sərmayəyə malik olan böyük
bir güvənlik (mühafizə) şirkətinin sahibidir. Bu şirkət çox böyük miqyaslı mühüm
dövlət obyektlərini mühafizə edir. Hətta şirkətin tərkibində məxfi şöbə fəaliyyət

göstərir. Bu da şirkətin çox ciddi informasiya və məxfi məlumat imkanlarına malik
olmasından xəbər verir. Şirkət rəhbəri kimi Fərhad Əliyev Türkiyə və
Azərbaycandakı məmurların gizli fəaliyyətindən və sirlərindən xəbərdardır. Bu
insanın bu gün Azərbaycanda olması heç də təsadüfi deyil. Bütün bunlar sübut edir
ki, o, elə-belə oturmayıb, ona mühüm dövləti vəzifə vəd edilib. Ola bilsin ki, o, yola
salınmaq ərəfəsində olan nazirlərdən birinin yerinə təyin ediləcəkdir.
Başqa bir mənbədən aldığımız məlumata görə, hətta bu il martın 18-də ölkəmizə
səfər etmiş Rusiyanın ən nəhəng LUKOIL neft şirkətinin prezidenti Vahid Ələkbərov
Prezident İlham Əliyevlə görüşərkən dostu olmuş Natiq Əliyevin oğlu Fərhad Əliyevi
məhz Azərbaycanın Energetika Naziri vəzifəsində görmək istədiyini və onun bu
postda ölkəyə daha böyük fayda verə biləcəyini təsadüfən vurğulamamışdır.
V.Ələkbərovun bugünkü Energetika Naziri Pərviz Şahbazovla, hətta protokol xatirinə
olsa da belə, görüş keçirməməsi, əksinə Fərhad Əliyevlə ayrıca, xüsusi görüşməsi də
bu məlumatların ciddiliyindən soraq verir.
Əldə etdiyimiz başqa bir məlumata görə Energetika Naziri postuna Dövlət Neft
Şirkətinin Prezidenti Rövnəq Abdullayevin də adı hallanır. Bu da bizə əsas verir
söyləyək ki, Natiq Əliyevin oğlu Fərhad Əliyev, belə olan təqdirdə ya Dövlət Neft
Şirkətinin Prezidenti, ya da Ədliyyə Naziri vəzifələrindən birinə təyin ediləcəkdir.

Mövzuya qayıdacağıq…

Azel.tv

Bu yazını paylaş

Şərurlu İsfəndiyar kimi tanınan iş adamının adı daha bir qalmaqalda: Mənzil almaq istəyən vətəndaşlar aldadılaraq ümumilikdə yüz minlərlə ziyana salınıb -FOTO/ VİDEO

Next Story »

Baş Prokurorun adamı türk iş adamına “atdı” FOTO/VİDEO

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.