Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 248

Xocalı rayon Polis rəisindən nazir Vilayət Eyvazova şikayət

Azel.tv-nin gmail ünvanına gələn vətəndaş şikayətini olduğu kimi təqdim edirik.

Azel.tv informasiya agentliyinin baş redaktoru hörmətli Əfqan Sadıqova!
Sizi narahat edən Xocalı rayon sakini, şəhid ailəsi İsmayılov İsmayıl Qurban oğludur. Bildirirəm ki, Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində ev 14-də məskunlaşmışıq.Təsərrüfatımızda olan mal- qaranı saxlamaq üçün yaylaq ərazisi almışıq. Üç ildir ki, həmin ərazidə yaylaqda oluruq və həmin əraziyə plastik borularla su çəkmişik. Bu il Xocalı rayon sakini Həsənalıyev Ərşad su çəkdiyimiz bulağı dağıtmış, plastik boruları çınqıl və qum qatı ilə doldurmuşdu. Biz dörd ailə həm özümüz, həm də mal- qaramız su üzünə həsrət qalmışıq.Bu barədə Xocalı Rayon Prokurorluğuna və Polis Şöbəsinə müraciət etsək də heç bir müsbət nəticə əldə olunmayıb.Əksinə, biz Polis Şöbəsinə müraciət etdikdən sonra Ərşad Həsənalıyev daha da aqressivləşmişdir. Ərşad Həsənalıyevin özünün dediyinə görə Xocalı RPŞ-nın rəisinin haqq-hesabını verib və buna görə də Polis şöbəsi onun qanunsuz əməllərinə rəvac verir.
Sizdən xahiş edirəm, mənim şikayətimi saytınız vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova çatdırasınız. Bəlkə cənab Vilayət Eyvazov Xocalı RPŞ-nin rəisinə dur deyə.
Biz hüquqi bir dövlətdə yaşayırıq. Azərbaycan Respublikasının konstitusiyasında “Mülkiyyət toxunulmazlığı” deyilən bir maddə var.
Və hər bir Azərbaycan Respublikası vətəndaşının bu ölkədə azad, rahat və sərbəst yaşamaq hüququ vardır.
Diqqətinizə bir əsas məsələni də çatdırmaq istəyirəm. Axı ölkə rəhbəri andiçmə mərasimində hər bir Azərbaycan vətəndaşının konstitusiya hüquqlarının qarantı olacağına and içib. Hər hansı bir məmur tərəfindən Azərbaycan Respublikası vətəndaşının hüquqlarını pozmaq, ölkə rəhbərinin öz vətəndaşlarının qarşısında verdiyi andını tuta bilməməsi üçün məqsədli şəkildə cəhd etməsi deməkdir.
Bu da xəyanət deməkdir !!!

AZEL.TV

Bu yazını paylaş

Fərzəliyev Qardaşlarının İstanbul otelindəki “qara bazarı!”

Next Story »

Müəmmalı şəkildə ölən prokurorluq işçisinə qarşı cinayət: Keçmiş həyat yoldaşı və qaynanasının həbsi tələb olunur

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.