Özəl

Daha çox məqalə oxu

More

Cinayət faktını araşdırmaq Səbail prokurorluğunun marağında deyil

Məhkəmə Emin Hüseynovun öldürülməsi məsələsinə münasibət bildirmək üçün prokurorluğa vaxt verdi.

SbMAvqustun 19-da Səbail rayon Məhkəməsində Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynovun ölüm faktının araşdırılması ilə bağlı həmin rayon prokurorluğunun hərəkətsizliyindən verilmiş şikayətə baxılıb. Bu barədə “Yukselis.info”-ya hüquq müdafiəçisi Elçin Məmməd məlumat verib.
Onun sözlərinə görə, cinayət təqibini həyata keçirən orqan olan prokurorluqla bağlı məhkəmə nəzarəti qaydasında baş tutan prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb. Məhkəmədə Səbail rayon prokurorluğunun əməkdaşı Ramin Almazov da iştirak edib və məsələyə münasibətini bildirib.
Hərəkətlərindən şikayət edilən orqanın əməkdaşı qeyd edib ki, Səbail prokurorluğunun məsələyə marağı yoxdur və şikayət əsassızdır. Ramin Almazov bildirib ki, şikayət ərizəsində göstərilən xüsusatlarla bağlı prokurorluq tərəfindən heç bir addım atılmayıb və hadisənin araşdırılması onlara aid deyil. Hakim Azər Tağıyev Baş Prokurorluğun əməkdaşının öldürülməsi məsələsinə münasibət bildirmək üçün prokurorluğa vaxt verdi və məhkəmə avqustun 27-də davam etdiriləcək.
EHQeyd edək ki, 2017-ci ilin avqust ayında Türkiyənin Antalya şəhərində zəhərlənərək öldürülən Emin Hüseynovun ölüm faktının araşdırılması ilə bağlı Səbail rayon Prokurorluğunun hərəkətsizliyindən məhkəmə orqanına şikayət verilib. Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində kargüzar-məsləhətçi vəzifəsində işləmiş Emin Hüseynovun kənardan verilən ölümcül səviyyədə olan bir zəhərli maddənin nəticəsində dünyasını dəyişdiyi məlum olub. Bunu mərhumun şübhəli ölüm faktının araşdırılması və qanın analizləri nəticəsində aşkara çıxarılan dəlillər sübut edir.
BEHüquq müdafiəçisi Elçin Məmməd xatırladıb ki, Türkiyə tərəfi baş vermiş cinayət hadisəsi ilə bağlı bir neçə nəfəri şübhəli şəxs qismində cəlb edib. Sözügedən sui-qəsdin törədilməsində dolayısı yolla Azərbaycan vətəndaşları arasında iştirak etmiş şəxslər də vardır ki, onlar öz hərəkətləri, verdikləri ifadələrlə bütün şübhələri özlərinə çəkirlər. Buna baxmayaraq, bu şəxslərin istintaqa cəlb edilməsi üçün heç bir tədbir görülmür. Söhbət Emin Hüseynovun həyat yoldaşı Elfira Mövsümlü və “Avanqard Travel” turizm şirkətinin müdiri Yeganə Nağıyevadan gedir:
“Antalya Baş prokurorluğunun tələbi ilə Azərbaycan Baş prokurorluğunda alınan ifadələrdə ziddiyyətli məqamlar, səyahəti təşkil edən şəxsin telefon danışıqlarının ifadələrindəki uyğunsuzluq, müxtəlif vaxtlarda mətbuata verdikləri açıqlamalarda uyğun gəlməyən ifadələr Elfira Mövsümlü və Yeganə Nağıyeva barəsində onlarda haqlı şübhələr yaradıb. Adları çəkilən hər iki şəxs baş vermiş cinayəti bildikləri halda hansısa səbəbdən gizlədib və bu şəxslərin əməllərində cinayət tərkibinin əlamətləri olduğundan onların məsuliyyətə cəlb olunması vacibdir. Hesab edirik ki, Səbail rayon Prokurorluğu mərhum Emin Hüseynova qarşı törədilmiş cinayət əməlinin araşdırlmamaqla qanunsuzluğa yol verib. Səbail rayon Prokurorluğu hərəkətsizlik etməklə, sübutlar toplamamaqla qəsdən işin istintaqını uzadır, səmərəli nəticənin əldə edilməsinə maneə törədir və barələrində şikayət edilən şəxslərin məsuliyyətdən yayınmasına şərait yaradır. Bununla da Səbail rayon Prokurorluğu CPM-in 38, 48 və 138-ci maddələrini pozub”
Həcər ABASOVA(yukselis.info)

Bu yazını paylaş

Şikayətçi Gülarə Zeynal: “Optimal Elektronikadan hər hansı əşya alarkən ehtiyatlı olun, pulum da gedib, paltaryuyan maşınsız da qalmışam”

Next Story »

Qazaxın İcra başçısı Rəcəb Babaşov 100-dən çox ailəni susuz qoyub

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.