Oğurluq izini itirmək üçün mağazanı yandırdılar

37

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlarla oğurluq əməllərində şübhəli bilinən şəxslər tutulub.Şəhər ərazisində yerləşən mağazaların birindən dəyəri 800 manatdan artıq olan spirtli içkilər oğurlanması, orada olan ödəmə terminalına zərər yetirilməsi və obyektin yandırılmasına cəhd edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.nnBugun.tv xəbər veriri ki, bu barədə Daxili İşlər Nazirliyinin  (DİN) mətbuat  xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.nnO, bildirib  ki. polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Tehran Həsənov tutulub. Həmin şəxs ifadəsində oğurladıqlarını satdığını və hadisəni törədərkən iz itirmək məqsədilə mağazanı yandırmaq istədiyini bildirib.nnAraşdırma zamanı T.Həsənovun obyekt sahibinə məxsus ümumvətəndaşlıq pasportunu, eləcə də bəzi əşyaları yandırdığı məlum olub.nnİstintaq zamanı keçmiş məhkumun daha bir cinayət əməlinin də üstü açılıb. Belə ki, onun rayon sakini Yaqub Məmmədovla birlikdə şəhər ərazisində yerləşən köşkdən də lotereya, tütün məmulatları və pul oğurladıqları müəyyən edilib. Oğurluqda əlbir olan dostlardan digəri – Yaqub Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.nnFaktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin