Yeni Azərbaycanın dövlətçilik irsi
XX əsrdə türk dünyasının iki böyük lideri öz xalqını və ölkəsini məhv olma təhlükəsindən, zamanın ağır sınaqlarından xilas edib. Həmin tarixi şəxsiyyətlərdən birincisi Mustafa Kamal Atatürkdür. O, zəifləmiş, parçalanmış, istilalara məruz qalmış, hər bir tərəfi odlara qərq olmuş Osmanlı İmperiyasının külündən Türkiyə Cümhuriyyətini qurdu. 1923-cü ildə yoxdan bir bayraq var edən Atatürk müasir Türkiyənin banisi və ilk prezidenti kimi daim hörmətlə anılır, onun xalqı və dövləti qarşısında xidmətləri nəsildən-nəsilə ötürülür.nnMilli qürur və iftixar mənbəyimiznnDigər tarixi şəxsiyyət, görkəmli siyasətçi ümummilli lider Heydər Əliyevdir. O da yenicə müstəqillik əldə etmiş Azərbaycanı vətəndaş müharibəsindən, dövlətçiliyin və müstəqilliyin itirilməsi, dünya erməniliyinin məkrli planı ilə tarixi səhnədən silinmək təhlükəsindən xilas edib. Xalqın təkidli tələbi ilə onun 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb. Məhz ulu öndər ardıcıl mübarizə apararaq ölkəmizi müstəqilliyə qovuşdurub, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə qüdrətli şəxsiyyətin zəkasının işığında qədəm qoyub. Bu gün fəxrlə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin həyat amalının təntənəsidir. Təsadüfi deyil ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoyan, azərbaycanlı olması ilə ömür boyu fəxr edən, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.nn