Tanınmış aparıcı tələbələrlə görüşdü

5

Əməkdar mədəniyyət işçisi, aparıcı Aygül Qaradağlı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin qonağı olub.nnBugun.tv xəbər verir ki, əvvəlcə Jurnalistin nitq mədəniyyəti fənninin müəllimi Xatirə Hüseynova tələbələrə Aygül Qaradağlının yaradıcılığı barədə məlumat verib, onun televiziya və radiodakı fəaliyyətindən, xüsusilə dublyaj sahəsində rolundan danışıb.nnSəmimi görüşün təşkilinə görə minnətdarlığını bildirən Aygül Qaradağlı gənclərlə ünsiyyətdən məmnunluğunu diqqətə çatdırıb. Sözün qüdrəti, insanlar arasında ünsiyyətin önəmi, televiziya aparıcısının iş xüsusiyyətləri, jurnalistin nitq mədəniyyətinin təməl prinsipləri barədə ətraflı məlumat verib. Aygül Qaradağlı danışıq texnikasının inkişafına dair praktik məşğələlərdən əyani nümunələr göstərib.nnQonaq atası – Azərbaycanda peşəkar diktorluq məktəbinin banisi Aydın Qaradağlının yaradıcılığından da danışıb.nnGörüşdə iştirak edən dekan müavini Samir Əliyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova belə tədbirlərin gənclərin təhsilində və günyagörüşünün inkişafında səmərəsindən bəhs ediblər.nn 

ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin