“Toy Tələsi”nin Qala gecəsi keçiriləcək – FOTOLAR
Filmin traileri yayımlanıb nnBugun.tv xəbər verir ki, komediya janrında olan “Toy Tələsi” bədii filminin quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyevdir. O, bu barədə “Bugun tv”yə məlumat verib. Bildirib ki, müasir dünyamızda baş verən real hadisələr əsasında qələmə alınan filmin böyük maraq doğuracağına və seviləcəyinə əmindir.nnSsenari müəllifi Yeganə Kərimzadə, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova, bəstəkarı Sevinc Tofiqqızı, musiqilərinin aranjmançısı Fərahim Sadıqbəyli olan “Toy tələsi”nin montaj prosesi artıq başa çatıb. Traileri hazırlanaraq, sosial şəbəkələrdə yayımlanıb.nnLisenziya alınması üçün film artıq Mədəniyyət Nazirliyinə təqdim olunub. nnQeyd edək ki, film saxta toy üzərində qurulub. “Gözəl səhnə çəkilişləri var. Azərbaycanın məşhur müğənniləri – Dana, Səlim, İzzət Bağırov və digərləri də toya gələrək öz ifaları ilə filmdə yer alıblar”.nnFaiq Nağıyev onu da qeyd edib ki, bu ekran əsərində, əsasən kinorejissorların hansı əziyyətlə film istehsal etdikləri, eləcə də, iş adamlarının kino sahəsinə laqeyid yanaşması da öz əksini tapıb. nnFilmin əsas süjet xəttinin qəhrəmanı olan Fateh sahibkardır. Onun qəbuluna gələn rejissora laqeyid yanaşan bu şəxs özü də bilmədən ailəsindən gizlin eşq yaşadığı Dənizin oyununa gəlir. Bu vəziyyətdən çıxmaq, saxta bəy rolunu oynamaq üçün aktyor axtarışı da ssenaridə yer alıb.nnMaraqlı və həyəcanlı anların olduğu “Toy tələsi”ndə gülüş doğuran, insanları həm düşündürən, həm də pis əməllərdən daşındıran məqamlar da var.nnTammetrajli, 90 dəqiqəlik “TOY TƏLƏSİ” bədii filminin dekabrın 22-də “Nizami” kinoteatrında Qala gecəsi keçiriləcək. nn