İranda əxlaq polisi ləğv edilir

4

Xarici xəbərlər.nnİranın baş prokuroru bildirib ki, islami geyim kodunu tətbiq etmək vəzifəsi daşıyan əxlaq polisi ləğv edilib.n

“Əxlaq polisinin məhkəmə sistemi ilə heç bir əlaqəsi yox idi və qurulduqları yerdən bağlanıblar” – prokuror Məhəmməd Cəfər Montazeri deyib.

n

Şənbə günü cənab Montazeri həmçinin İran parlamentinə qadınların hicab taxmasını tələb edən qanuna baxılacağını deyib.

n

O əlavə olaraq bildirib ki, əxlaq polisi bağlansa belə, bu, onilliklər ərzində mövcud olan qanunun dəyişdiriləcəyi demək deyil.

n

“22 yaşlı Əmininin Tehranda əxlaq polisi tərəfindən həbsindən üç gün sonra, sentyabrın 16-da həbsdə öldüyü vaxtdan bəri hakimiyyət orqanları tərəfindən “iğtişaşlar” adlandırılan qadınların başçılıq etdiyi etirazlar İranı bürüyüb.

n

Onun ölümü iğtişaşlar üçün katalizator olub, lakin bu, eyni zamanda yoxsulluq, işsizlik, bərabərsizlik, ədalətsizlik və korrupsiya ilə bağlı narazılıqların davam etməsidir. Hətta hökumətin hicabın şəxsi seçim olduğunu söyləməsi də kifayət deyil. İnsanlar bilirlər ki, bu hökumətin hakimiyyətdə olduğu İranın gələcəyi yoxdur. İran cəmiyyətinin müxtəlif mötədil və ənənəvi fraksiyalarından olan daha çox insanın qadınları dəstəkləmək üçün etirazların davam edəcəyini düşünürəm”.

n

“Bizdə inqilab var. Hicab onun başlanğıcı idi və biz diktator üçün ölüm və rejim dəyişikliyindən başqa heç nə istəmirik”- eyni zamanda bir neçə etirazçılar bildirib.

n

Xatırladaq ki, İranda 1979-cu il İslam İnqilabından bəri müxtəlif “əxlaq polisi” formaları var.

nBBC NEWS.

ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin