V.Şahinoğlu: “İşsizliklə bağlı rəsmi statistika reallığı əks etdirmir”

9

Bugun.tv-yə bu barədə məşğulluq üzrə ekspert Vüqar Şahinoğlu məlumat verib.nnO, bildirdi ki, respublikamızda 2022-ci il sentyabrın 1-ə olan işsizliklə bağlı rəsmi statistik məlumata görə,  işsizlik 5,7 faizdir. Rəqəmlərlə qeyd etsək 304,6 min insan çalışmır. Bu rəqəm ölkədə real işsiz sayını göstərmir.nnÇünki DOST və ya Məşğulluq Agentliyinin müvafiq regional idarələrinə, şöbələrinə müraciət etməyib, işsiz kimi qeydiyyata düşməyib, yaxud düşən, xeyli sayıda iş axtaran insanlar var. Bundan əlavə bunun bir neçə səbəbi var:nn1. VÖEN əsasında xidmət göstərən müllki və ya xidməti müqavilə ilə çalışan şəxslərin fəaliyyətlərini dayandırdığı halda belə vergi orqanlarında uçotda olması bu şəxsin çalışan kimi göstərilməsi yəni məsğul əhali tərkibinə daxil edilməsidir.nnMəsələn, mülki müqavilə ilə çalışan 3 aylıq hər hansı gördüyü iş qarşılığında müqavilə bağlayıb, dövlət məcburi sosial ödənişlərini ödədi. 3 aydan sonra növbəti yeni müqavilə bağlanmadı, ancaq mühasib Vergi orqanına və Sosial Müdafiə Fonduna boş hesabat göndərdi. Bu da işləyən kimi statistik rəqəmlər qeydiyyata götürülür.nn2. Əmək müqaviləsi əsasında işləyən şəxsin çalısdığı müəssisə, təşkilat, müvəqqəti və ya tam fəaliyyətini dayandırır. Lakin bəzi hallarda bilərəkən, bilməyərəkdən (unudur) kadrlar şöbəsinin əməkdaşı (insan resursları tərəfindən) işçinin çıxma əmrini sosial.az və hop.az (hökumət portalına) saytına əlavə etmir. Nəticədə vətəndaş faktiki işləmir, rəsmi işçi kimi göstərilir, hara müraciət etsə də işə qəbul edilmir. ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyinə və DOST mərkəzlərinə müraciət etsə belə işlə bağlı köməklik göstərilə bilmir. Nəticədə hər ay üzrə məsğul əhalinin statistikası hazırlanarkən belə şəxslər işləyənlərin siyahısına əlavə edilir. Belə hallarla bağlı mənə müraciət edilib. Vətəndaş bu zaman  əlavə vaxt və vəsait ( məhkəməyə ərizə ilə müraciət etmək üçün dövlət rüsumu nəzərdə tutulur-red.) sərf edir.nn3. Mövsumi və ya haqqı ödənilən ictimai işlərdə çalışan vətəndaşların məşğul əhali qrupuna ( işləyən şəxslər) aid edilməsi də ziddiyyət yaradır. Məsələn, adından da məlum olduğu kimi bir iki movsümlük işdir, bitdi. İctimai işlər ( parklarda, meydanlarda və digər ictimai yerlərdə, bağban, gözətçi, nəzarətçi və s) sonradan müxtəlif səbəblərə görə, müvəqqəti qeyri rəsmi dayandırıldığı halda vətəndaş yenə işsiz qalır. Bu da həmin şəxslərin hesablama aparılarkən işsiz kimi yox, işləyən kimi qeydə alınmasıdır.

ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin