37 il öncə çəkilən foto – ŞUŞA!

2

Bugün.tv xəbər verir ki, 1985-ci ildə, Şuşanın işğalından öncə görkəmli bəstəkar Üzeyir Hacıbəyovun heykəlinin fonunda çəkilən foto illər sonra yenidən, Şuşa işğaldan azad olunduqdan sonra canlandırılıb.

n

Fotoqraf Elnur Abdullanın lentə aldığı foto sosial şəbəkə izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

n

Xatırladaq ki, Ü.Hacıbəyovun heykəli 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən tamamilə dağıdılmışdı.

n

2021-ci il avqustun 29-da Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəyovun heykəlinin açılışı olub. Heydər Əliyev Fondu tərəfindən Bakı emalatxanasında hazırlanan abidə 1985-ci ildə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılıb.

n

Heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanıb.

n

ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin