BNA: Avtobusların gecikməsi müvafiq tədbirlərin görülməsini aktuallaşdırır

2

Son aylarda yollarda müşahidə olunan tıxac, sıxlıq və avtobusların gecikməsi müvafiq tədbirlərin həyata keçirilməsini daha da aktuallaşdırır.nnBugun.tv  xəbər verir ki, bu barədə xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.nnOnun sözlərinə görə, müşahidə olunan problemlər pik və qeyri-pik saatları, iş və qeyri-iş günlərində yol hərəkətində fərq anlamının silinməsinə gətirib çıxarıb.nnMayis Ağayev onu da əlavə edib ki, bütün bunlar xüsusi avtobus zolaqları şəbəkəsinin yaradılması məsələsini daha da aktuallaşdırıb: “Son illərdə keçirilən müşahidələr onu göstərir ki, ictimai nəqliyyatdan istifadə edənlərin sayı artıb (2016-2019 illər ərzində 27% artım). Son illər istifadədə olan sərnişin avtobusları parkının da təqribən 70%-i yenilənib”.nn 

ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin