Azərbaycan Kuboku: “Zirə” “Neftçi”ni, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək

3

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.nnBugun.tv xəbər verir ki,  ilk oyun günündə iki qarşılaşma baş tutacaq.nnGünün birinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Komandalar indiyədək ölkə kuboklarında səkkiz dəfə üz-üzə gəliblər. Bunların üçündə “qartallar”, ikisində “ağ-qaralar” qələbə qazanıblar. Üç oyunda isə qalib müəyyənləşməyib. Topların nisbətində isə “Neftçi” üstündür – 8:6. Cavab qarşılaşması dekabrın 20-də baş tutacaq.nnDigər görüşdə “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Bölgə təmsilçiləri Azərbaycan Kubokunda 13 dəfə qarşılaşıblar. Bunların altısında “köhlən atlar”, ikisində “qırmızı-qaralar” sevinən tərəf olub, beş dueldə isə heç-heçə qeydə alınıb. Ölkə çempionu topların nisbətində isə aşkar üstünlüyə malikdir – 22:9. Cavab matçı dekabrın 19-da Qəbələdə keçiriləcək.nnAzərbaycan Kubokun1/4 final mərhələsinnİlk oyunlarn8 dekabrnn18:00. “Zirə”-“Neftçi”n“Zirə” İK stadionunn20:30. “Qarabağ”-“Qəbələ”n“Azersun Arena”nnQeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin