Kılıçdaroğlu: “Ölkəmizdə demokratiya olanadək mübarizəmizi davam etdirəcəyik”

60

“Dövlətin bütün imkanları bir siyasi partiya üçün səfərbər edildi və biz ölkəmizdə demokratiya olanadək mübarizəmizi davam etdirəcəyik”.

Azel.tv xəbər verir ki, bu sözləri Türkiyənin CHP sədri Kemal Kılıçdaroğlu keçirdiyi mətbuat konfransında deyib.

O, məğlubiyyətini rəsmən etiraf etməyib və siyasi mübarizəni davam etdirəcəklərini bildirib:

“Biz bütün təzyiqlərə baxmayaraq, avtoritar rejimi dəyişmək üçün xalqın iradəsini gördük. Ölkəmizin üzləşdiyi çətin günlər məni həqiqətən də kədərləndirir. Bu, ölkəmizin tarixində ən ədalətsiz seçki dövrüdür. Biz bundan sonra da, qorxu mühitinə boyun əyməyəcəyik. Alyansın liderləri və təşkilatlarına, eləcə də seçki qutularını qoruyan, “əxlaqsız və qeyri-qanuni təzyiqlərə” qarşı mübarizə aparan seçicilərə və vətəndaşlara təşəkkür edirəm”, – deyə Kılıçdaroğlu vurğulayıb.

Qeyd edək ki, səsvermə bülletenlərinin 99,85 faizinin sayılmasının nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,16 faiz, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,84 faiz səs toplayıb.

ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin